Yəmən Səhiyyə Nazirliyi ABŞ-ın Martın 15-dən bəri Yəmənə qarşı hücumları nəticəsində 61 yəmənlinin şəhid olduğunu, 139 nəfərin isə yaralandığını açıqlayıb.
Yəmən Səhiyyə Nazirliyinin sözçüsü Ənis Əsbəhi ABŞ-ın 2025-ci ilin Mart ayının ortalarından bu yana həyata keçirdiyi hücumlarda 61 nəfərin öldüyünü, 139 nəfərin isə yaralandığını bildirib.
ABŞ Yəmənə qarşı təcavüzkar hücumlarını bərpa edib, yəmənlilər isə bu hərəkətlərin Qəzzə xalqına verdiyi dəstəyə və onların müqavimətinə təsir etməyəcəyini vurğulayıblar.
Yəmən silahlı qüvvələri sionist rejimlə mübarizədə xalqa və Fələstin müqavimətinə dəstək məqsədilə 1402-ci il Oktyabrın 17-dən etibarən işğal olunmuş Fələstin ərazilərində və Ədən körfəzi-Qırmızı dəniz dəniz yolunda geniş əməliyyatlar həyata keçirir. Yəmən silahlı qüvvələri Qəzzəyə qarşı müharibə dayandırılana və Qəzzə zolağının mühasirəsi götürülənə qədər əməliyyatlarını davam etdirəcəklərini vurğulayıb.