ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş rəhbəri İsrailin Qəzzədə törətdiyi hərbi cinayətlərə haqq qazandırarkən vurğulayıb ki, ABŞ da Normandiya, Rakka, Mosul və s. kimi yerlərdə çoxlu günahsız insanları ödürüb.
Xarici KİV-in verdiyi məlumata görə, təqaüdçü general və 2019-2023-cü illərdə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli çıxışların birində İsrailin Qəzzədəki müharibəsini tənqid edənlərə qəribə cavab verib.
Bir neçə ay öncə təqaüdə çıxan və ABŞ ordusunun ən yüksək rütbəlisi olan Mark Milli Vaşinqtonda keçirilən “Karter Milli İnnovasiya və Təhlükəsizlik Mərkəzi” adlı konfransda deyib: “Mən müharibədə hər gün öldürülən Qəzzə xalqı üçün dəhşət hissi keçirirəm. Amma unutmamalıyıq ki, biz, yəni ABŞ da Mosulda və Rakkada saysız-hesabsız insanı qətlə yetirmişik.”
O, sözlərinin davamında əlavə olaraq deyib ki, Amerika 12 min fransalı mülki şəxsi öldürüb və biz bugün Normandiya müharibəsinin 80-cı il dönümündəyik. Biz Naqasaki və Hiroşimadan başqa, Yaponiyanın 69 şəhərini viran qoyduq. “Biz hökumətlərlə heç bir əlaqəsi olmayan çoxlu sayda insanı, kişi, qadın və uşağı geniş miqyasda qətlə yetirdik.”
Mark Millinin İsrail rejimini dəstəkləməklə bağlı açıqlamaları Amerika xalqının İsrailin Qəzzədə törətdiyi cinayətlərə qarşı etirazlarının artmasına olan bir reaksiyadır. Bu cinayətlər 38 mindən çox insanın öldürülməsi ilə nəticələnib.
Son həftələrdə ABŞ universitetlərinin bir çoxu Fələstin xalqına dəstək və Vaşinqtonun Tel-Əvivə maliyyə, hərbi və siyasi dəstəyinə qarşı müxalifət meydanı olub.

ABŞ ordusunun bu keçmiş generalı Qəzzə müharibəsi ilə bağlı əsaslandırmalarının davamında deyib: Müharibə dəhşətli bir şeydir. Amma əgər əxlaqi bir məna daşımaq istəyərsə, siyasi bir məqsəd olmalı, ən yüksək sürət və ən az xərclə həyata keçirilməlidir.