Venesuela prezidenti BMT-nin sionist rejimin Qəzzə zolağındakı “soyqırımı” qarşısındakı passiv fəaliyyətini və susqunluğunu tənqid edərək, bu beynəlxalq qurumu “boş teatr”a çevrilməkdə ittiham edib.
Xarici KİV-in verdiyi məlumata görə, Venesuela prezidenti “Nikolas Maduro” çıxışı zamanı vurğulayıb: 21-ci əsin bütün insanları bu gün BMT-nin Qəzzədəki soyqırım və oradakı qadınların, uşaqların öldürülməsi qarşısında çevrildiyi, qorxaq sükuta qərq və cinayətə şərik olduğu boş bir teatr deyil, həqiqətən beynəlxalq hüquqların hakim olduğu dinc gələcək istəyirlər.
Madro bildirib: Ölkələrin hörməti və azadlığı təmin edilməlidir. Həmçinin ölkələr və dünya dövlətləri arasında inkişaf və hörmət hüququ olmalıdır.
O, tənqidi suallar verməklə deyib: Biz bəşəriyyət üçün hansı gələcəyi istəyirik? Dünyanın ağalarının və sahiblərinin qulları olduğumuz gələcəyi? Biz qul olmaq istəyirik? Ölkələrimizin bir növ müstəmləkəyə çevrildiyi və sərvətlərinin qarət olunduğu bir gələcək?
Venesuela prezidenti bundan öncə “Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü” münasibəti ilə məktub ünvanlayıb. O, bu məktubda Fələstin xalqının azadlığının bəşəriyyətin “ən mühüm” döyüşü olduğunu qeyd etməklə, Venesuela hökumətinin “sionist İsrail rejimi hökuməti tərəfindən həyata keçirilən məhv etmə siyasəti” adlandırdığı siayəti qarşısındakı “qətiyyətli və tarixi” mövqeyini vurğulayıb. O, həmçinin bu Cənubi Amerika ölkəsinin soyqırımın dayandırılması üçün “mümkün olan hər bir işi edəcəyinə” zəmanət verib.