Məlumatlı bir mənbə bildirib ki, ABŞ ərəb ölkələrini hədələyir ki, Suriyanın yenidən qurulmasına kömək etməsinlər yaxud bu ölkənin hökumətinə maliyyə dəstəyi göstərməsinlər.
Xarici KİV-in verdiyi məlumata görə, məlumatlı bir mənbə bu gün (şənbə günü) vurğulayıb ki, ABŞ-ın Suriyaya qarşı iqtisadi sanksiyaları bu ölkənin ərəb ölkələri arasına qoşulmamasına səbəb olub.
Bu mənbə bildirib ki, elə bu sanksiyalar Ərəb Liqasına bağlı xüsusi komitənin Dəməşqlə təmaslarını müvəqqəti olaraq dayandırmasına səbəb olub. Hərçənd ki, Dəməşq rəsmi olaraq bu liqaya qoşulub.
Son günlərdə mediyalar bildiriblər ki, bu komitə Suriya ilə təmaslarını dayandırıb. Halbuki, bu komitə Suirya ilə əlaqəyə məsul olsun deyə keçən May ayında təşkil olunub.
Bu mənbənin sözlərinə görə, ABŞ-ın birbaşa təzyiqlərinə görə, Suriyaya iqtisadi dəstəklərlə bağlı tədbirlər dayandırılıb. Hərçənd ki, Fars körfəzi ətrafındakı ərəb ölkələrindən bir çoxu Suriya ilə əlaqələrini bərpa edib.
Qeyd olunan mənbə vurğulayıb ki, ABŞ sanksiyaları, xüsusən də Dəməşq əleyhinə geniş sanksiyalara malik və ABŞ hökumətinin 2020-ci ildə qəbul etdiyi Sezar qanunu Suriyaya maliyyə dəstəyi və yenidən qurma layihələrinin maneəylə üzləşməsinə səbəb olub.