“Prezident Co Baydenin bildirdiyi kimi biz öz xalqımızın müdafiəsi üçün lazım olan bütün addımları atacaq, münasib vaxtda və məkanda cavab verəcəyik.” Bu, ABŞ Müdafiə naziri Loyd Ceyms Ostinin ölkəsinin ordusunun cümə axşamı günü (23 Mart) Suriyaya hücumuna reaksiyası ilə bağlı açıqlamasının bir hissəsidir.
Təhlil:
Görəsən, Amerika öz xalqını Suriyada necə müdafiə edir? Suriya nə zaman Amerika xalqını təhdid edib? Nəyə görə Loyd Ostin, Suriyanın Amerika xalqına qarşı təhdidlərinin mahiyyətini açıqlamayıb?
Bilinən budur ki, ABŞ rəsmilərinin açıqlamalarına əsasən, ABŞ ordusu qondarma “beynəlxalq koalisiya” şəkilində və İŞİD-lə mübarizə aparmaq bəhanəsi ilə Suriyaya daxil olub. Amma sonda Suriya və müttəfiqləri İŞİD-i yatırmağı bacarıblar.
ABŞ müstəqil bir ölkəni işğal etməklə ölkəsindən minlərlə km uzaqlıqda yerləşən və işğalçılıq bəhanəsi, yəni İŞİD-in aradan getdiyi o ölkədə öz xalqını müdafiə edir?!
Aydın məsələdir ki, ABŞ-ın və onun Suriyadakı müttəfiqlərinin Suriya ordusunun bazalarına təkrar hücumları, həmçinin, sionist rejiminin Suriya hava limanlarına hücumları, muzdurlarına və terror qruplarına, xüsusilə İŞİD-ə aşkar dəstək olaraq həyata keçirilir.
Dünya ictimaiyyəti yaxşı bilir ki, ABŞ ordusunun Suriyadakı mövcudluğu sırf işğalçılıqdır. İŞİD bu işğalçı üçün təkcə bir bəhanə deyil, əksinə onun ilk və son hədəfi, sionsit rejiminin maraqlarına xidmət yönündə Suriyanın bölünməsi, zəifləməsidir. Bu hədəf, muzdurların və təkfirçi qrupların xeyrinə, Suriyanın əhali strukturunun dəyişməsi üçün Suriya neftinin oğurlanması ilə həyata keçir.
Digər tərəfdən də Suriya rəhbərliyi, ordusu, onun müttəfiqləri, Suriya xalqı, bütün ərəb və İslam xalqları ilk gündən Amerika-sionist hiyləsini başa düşüblər. Buna görə də icazə verməyəcəklər ki, ölkənin, Suriya xalqının və region xalqlarının maraqlarına zidd olan bir şeyi bu ölkəyə məcburi olaraq yeritsin. Belə bir şəraitdə qlobal terorizmin liderinin (ABŞ) qarşısında Suriyadan və regiondan çıxmaqdan başqa heç bir yolu yoxdur.