Declassified saytı “Con MakAvoy”un yazdığı hesabatda yazıb: İfşa olunmuş sənədlərə əsasən, Britaniya ordusu İsrailin İran İslam Respublikası və Livan Hizbullahı ilə mübarizə aparmaqdan ötrü hərbi və təhlükəsizlik güclərini bərpa etmək üçün layihə hazırlayıb.
Britaniyanın ötən illər ərzində gizli olaraq İsrail rejimi ilə hərbi-təhlükəsizlik layihəsini gündəmdə saxladığı bidirilib. İfşa olunmuş sənədlərə əsasən, bu layihə HEZUK kod adı ilə adlanıb və bu layihə London rəsmilərinin “İran və Hizbullahın regional sabitliyi pozan fəaliyyətləri” kimi qələmə verdikləri şeylə mübarizə aparmaq üçündür.
Bu layihə Britaniya və İsrailin kəşfiyyat əməkdaşlıqlarının güclənməsi və hərbi əməkdaşlıqların yüksəldilməsi yolu ilə yerinə yetiriləcək ki, bu da ikitərəfli hərbi və təhlükəsizlik inteqrasiyasının dərinləşməsi ilə nəticələnəcək.
Bu məlumatlar Britaniyanın Tel-Əvivdəki Hərbi Attaşesinin 2020-ci ildə Britaniyanın Ali Komandanlığı və Baş Qərargahından gələn nümayəndə heyətinə edilən təqdimatın məhsuludur.
Britaniya hökuməti 2020-ci ilin Mart ayında növbəti dəfə HEZUK layihəsinə işarə edib və bu, Britaniya ordusunun 77-ci diviziyasının iki zabitinin “kəşfiyyat əməliyyatları”nda “imkanların inkişafı” üçün İsrailə səfər etmək niyyətində olduqları zaman baş verib.
Britaniyanın Tel-Əvivdəki səfirliyi tərəfindən verilən səfər sorğusunda bu səfərin “MOD HEZUK” adlı “proqram və ya razılaşma ilə bağlı” bir səfər olduğuna işar olunub.
Bu hərbi-təhlükəsizlik proqramının hələ də aktiv olduğu nəzərə çarpır. Çünki ötən il general Cemys Radis “HEZUK” layihəsinə nəzarət adı altında Tel-Əvivə səfər edib.