London polisi ötən şənbə günü İsrail əleyhinə olan etirazlarda iştirak edənlərin bəzisini sionist rejiminin tərəfdarları ilə qarşıdurma yaranmama bəhanəsi ilə həbs edib.
Metorpoliten polisi bu xəbər dərc olunana qədər 3 nümayişçinin həbs olunduğunu təsdiqləyib. Polisin sözlərinə görə, bu insanlar yürüş sırasından çıxmağa çalışıblar.
Halbuki, sionist rejiminin tərəfdarlarından ibarət kiçik bir qrup İsrail əleyhinə keçirilən nümayiş yolunda toplaşıb, nalayiq və əxlaqsız sözlərlə iştirakçıları təxribata çəkiblər. Fələstin tərəfdarları reaksiya verdikləri zaman isə polis sürətlə işə qarışır və nümayişçiləri səhnədən uzaqlaşdırırdı. Əgər bir nəfər müqavimət göstərsəydi, sonu polis zorakılığı və təcridxana idi.
On minlərlə Fələstin tərəfdarı şənbə günü (5 Oktyabr) Qəzzəyə qarşı müharibə ilə əlaqədar olaraq Londonun mərkəzi küçələrində yürüş keçirib və sionist rejiminin Qəzzə və Livandakı vəhşi cinayətlərini pisləməklə yanaşı, bu bölgələrin əhalisi ilə həmrəy olduqlarını nümayiş etdirib.
Müxtəlif millətlərdən və dinlərdən olan iştirakçılar Fələstin və Livan bayraqlarını tutmaqla yanaşı, bu şuarları səsləndiriblər: “İşğalçılığa son qoyun!”, “Fələstini azad edin!”, “Livana hücumdan əl çəkin!”. Onlar, həmçinin əllərində müxtəlif yazılar olan plakatlar tutublar.