Amerikanın Livandakı xüsusi elçisi sionist rejiminə Livanla bağlanan atəşkəs razılaşmasının pozulmasına dair məktub göndərib.
Sionist rejimin Radio və Televiziya Təşkilatı ABŞ prezidentinin xüsusi nümayəndəsi “Amos Hokşteyn”in Livanla bağlanmış atəşkəs razılaşmasının İsrail tərəfindən pozulması ilə bağlı bu rejimin rəsmilərinə məktub göndərdiyi haqda məlumat verib.
Sionist tv kanallarından biri də bildirib ki, Fransa Livanda atəşkəsin pozulmasına nəzarət mexanizminin yaradılması məqsədi ilə öz generallarından birini xüsusi bir komanda ilə birgə regiona göndərib.
Bu İsrail tv kanalı əlavə olaraq bildirib ki, İsrail dronlarının ötən günlərdə Beyrut hava məkanındakı uçuşları Fransanın qəzəbini artırıb və bu mövzu iki tərəfin danışıqlarında və həmçinin amerikalı yüksək rütbəli rəsmilərlə sionist rejimi rəsmiləri arasındakı danışıqlarda bəyan edilib.
Livan parlamentinin rəhbəri də bildirib ki, sionist rejimi ötən çərşənbə günündə Livanda atəşkəs bərqərar olunduqdan indiyə qədər (2 Dekabr) onu 52 dəfədən çox pozub.
Bu müddət ərzində sionist rejimin təcavüzləri artilleriya atəşləri, Livan səmasında qırıcıların və dronların uçuşu, pulemyotlardan atəş açılması, bəzi yerlərə sızmaq, buldozerlərdən istifadə etməklə yollar çəkmək, maşınları yandırmaq və onları məhv etmək olub.