ABŞ xəbər agentliklərindən biri apardığı araşdırmasında açıqlama verərək bildirib ki, Amerikanın böyük texnologiya şirkətləri süni intellekt və hesablamalar sahəsində İsrail rejiminə gizli şəkildə xidmətlər göstəriblər. Beləki, bu şirkətlər sionist rejiminə Qəzzə və Livanda döyüşçü olduqlarını iddia etdiyi çox sayda insanı təqib edərək öldürməsinə icazə verib.
Associated Press agentliyi dərc etdiyi hesabatda bildirib: Öldürülən mülki şəxslərin sayının artması ilə bu texnologiyaların günahsız insanların öldürülməsindəki rolu barədə narahatlıqlar artıb.
Aparılan bu araşdırma İsrail rejiminin 7 Oktyabr 2023-cü il tarixindən etibarən attıdığı addımlarda “Microsoft” və “OpenEye” şirkətlərinin texnologiyalarından istifadəsinin əhəmiyyətli dərəcədə artdığını göstərir.
Adı çəkilən xəbər agentliyi İsrail kəşfiyyat rəsmisinə istinadən verdiyi məlumatda qeyd edib ki, gənc zabitlər hədəfləri tez bir zamanda müəyyən etmək üçün təzyiq altındadırlar və bu məsələ isə səhvlərə yol açır.
Bu sionist rəsmisi əlavə olaraq bildirib: “Biz yalnış tərcümələrə görə süni intelleklə bağlı hədəfləmə səhvlərinə şahid olduq.” O, həmçinin bu sistemlərin məktəbli şagirdləri potensial döyüşçülər kimi təqdim etdiyinə işarə edib.
Associated Press tərəfindən aparılan tədqiqat sənədlər, məlumatlar və İsrail rejiminin keçmiş və indiki rəsmilərindən, o cümlədən ehtiyatda olan 3 kəşfiyyat zabitindən alınan müsahibələr, həmçinin Microsoft, OpenEye, Google və Amazon şirkətlərinin indiki və keçmiş əməkdaşlarından alınan müsahibələr əsasında baş tutub.