Kuba Milli Xalq Assambleyasının (Kuba Parlamenti) sədri Esteban Lazo Hernandes Havanada olan Rusiya Parlamentinin yüksək rütbəli nümayəndə heyətinə deyib ki, Amerika və NATO genişlənməsi Ukrainiyada müharibənin səbəbkarıdır.
Kubanın yüksək rütbəli nümayəndəsi Havanada Rusiya Dövlət Dumasının Parlament sədri ilə görüşüb və Ukraniya müharibəsində ABŞ-ın mövqeyi barəsində danşıqlar aparıb.
Mediya mənbələri məlumat yayaraq bildiriblər ki, Rusiya Dövlət Dumasının Parlament sədri “Vyaçeslav Volodin” Kubanın paytaxtına etdiyi səfərdə Kuba Milli Xalq Assambleyasının (Kuba Parlamenti) sədri Esteban Lazo Hernandeslə görüşüb.
Verilən hesabata əsasən, bu görüşdə Kuba Parlamentinin sədri ABŞ-ın Ukraniyada müharibə şölələrini alovlandırmaqda məsuliyyət daşıdığını bildirərək deyib ki, ABŞ Rusiyanı günahlandırmağa çalışır.
O, deyib: “Biz Kuba Parlamenti adından Rusiya əleyhinə tətbiq olunan birtərəfli sanksiyaların ən pis şəkildə pislənməsini təkar edirik. Biz Rusiyaya qarşı nifrəti qızışdırmaq məqsədilə güclü mediya kampaniyası vasitəsi ilə Rusiyanı təcrid etmək siyasəti ilə razı deyilik.”
Kuba Parlamentinin sədri sözlərinin davamında deyib: “Onlar (amerikalılar) qarşıdurmanın gərginləşməsində Rusiyanı günahlandırmağa çalışırlar. Amma biz çox yaxşı bilirik ki, bu problemin əsil günahkarı olan ABŞ, necə fəaliyyət göstərir.”