Kuba Respublikasının prezidenti Migel Diaz-Kanel Təhlükəsizlik Şurasının Qəzzə barəsindəki qətnaməsinin ABŞ tərəfindən veto edilməsinə reaksiya verərək vurğulayıb ki, Vaşinqton fələstinlilərin soyqrım faciəsində sionist rejimi ilə əlbir və şərikdir.
Xarici KİV-in verdiyi məlumata görə, Diaz-Kanel çərşənbə axşamı günü sosial şəbələrdə yazıb: ABŞ növbəti dəfə BMT Şurasının Qəzzədə təcili atəşkəs və Fələstin xalqının məcburi köçkünləşməsinə son qoyulması üçün qəbul etdiyi qətnaməni veto edib. Onlar İsrailin Fələstinə qarşı törətdiyi soyqrımda əlbirdirlər.
Amerika Ərəb ölkələri adından Əlcəzair tərəfindən BMT-yə təqdim olunmuş Qəzzədə təcili olaraq atəşkəsin bərpa olunması ilə bağlı təklif olunmuş qətnaməni bu şuranın 13 üzvünün müsbət rəy verməsinə rəğmən, çərşənbə axşamı günü yenidən veto edib. Bu şuranın digər üzvü olan İngiltərə də bitərəf qalıb.
Artıq üçüncü dəfədir ki, Qəzzədə atəşkəsin bərpa olunması ilə bağlı təklif edilmiş qətnamə Amerika tərəfindən veto edilir.