Tanınmış israilli jurnalist Ben Kaspit sionist qəzetlərinin birində İsrailin baş naziri Binyamin Netanyahunun ötən həftə korrupsiya ilə bağlı məhkəmə iclası zamanı yalan ifadələr verdiyini açıqlayıb.
İsrailli jurnalistin yazdığına görə, Netanyahu hakimlər qarşısında 1999-cu il seçkilərində məğlub olduqdan sonra siyasətdən getdiyini və geri qayıtmaq niyyətində olmadığını iddia edib. Lakin Kaspit bu iddianı təkzib edərək, Netanyahunun istefa verdikdən sonra dərhal siyasətə qayıtmaq üçün kampaniyaya başladığını və həmçinin baş nazir olduğu müddətdə mübahisə etdiyi bir çox jurnalistlə barışmağa çalışdığını vurğulayıb.
O, sözlərinin davamında deyib: “Netanyahu mənə açıq şəkildə qayıtmaq niyyətində olduğunu söylədi və bütün söhbətlərimiz bunun ətrafında oldu. Sonda o, məndən yalvaran tonla xahiş etdi ki, həyat yoldaşı Sara ilə heç bir işim olmasın.” Kaspit cavabında deyib: “Nə qədər ki, o, daxili işlərə qarışmır, mən onunla məşğul olmaq fikrində deyiləm”.
Ben Kaspit, həmçinin Netanyahunun nüfuzlu insanlarla münasibətlərinin qanuni olması ilə bağlı iddiasını şübhə altına alıb və bunu onun üzünü korrupsiya ittihamlarından təmizləmək cəhdi adlandırıb.