Xarici KİV-in verdiyi məlumata görə, ABŞ hərbiçilərinin Suriyadan çıxması layihəsini təqdim edən Florida ştatının respublikaçı nümayəndəsi Mett Qets, aşkar şəkildə bildirib ki, Vaşinqtonun Suriyanın prezidenti “Bəşər Əsəd”-lə mübarizə aparmaq üçün maliyyə dəstəyi verdiyi üsyançılar, İŞİD-in bayrağını qaldırırdılar.
Amerikalı hərbiçilərin Suriyadan çıxarılması layihəsi, çərşənbə günü ABŞ Nümayəndələr Məclisində 103 müvafiq rəylə 321 müxalif rəy müqabilində təsdiq olunmayıb.
Mett Qetsin ABŞ Nümayəndələr Məclisinə təqdim etdiyi layihəyə əsasən, ABŞ prezidenti “Co Bayden”, hələ də Suriyada yerləşən 900 ABŞ hərbiçisini çıxarmalı idi.
O, ABŞ Nümayəndələr Məclisində ABŞ hərbiçilərinin Suriyada mövcudluğunun davam etməsini istəyənlərə müraciət edərək deyib: “Hələ orta yol yoxdur. Bəzən Əsədlə döyüşmək üçün maliyyə cəhətdən təmin etdiyimiz üsyançılar proseduru dəyişirdilər və İŞİD-in bayrağını qaldırırdılar. Buna görə də axmaqlıqdır deyək ki, İŞİD-i dayandırmaq üçün gərək Suriyada hazır olaq, bir halda ki, Suiryada olmağımız bəzən İŞİD üçün ən yaxşı hədiyyə olub.”
ABŞ mediyalarının verdiyi hesabata əsasən, Qetsin təqdim etdiyi layihə, ABŞ hökumətindən 6 ay müddətində qalan bütün qüvvələrini Suriyadan çıxarmağı tələb edirdi.
Bu layihə, bundan əvvəl Suriya Xarici İşlər Nazirliyinin, ABŞ Ordusunun Birləşmiş Qərargah rəisinin Suriyanın şimal-şərqinə qeyri-qanuni səfərini pisləyərək ABŞ-ın təcili surətdə beynəlxalq hüquqların hədəfli və aşkar pozuntusundan əl çəkməsini vurğuladığı bir vaxtda rədd edilib.