Keçmiş Pentaqon müşaviri Duqlas Makqreqor Ukraynada azı 400 amerikalının öldürüldüyünü və Vaşinqtonun bu məlumatları gizlətdiyini bildirib.
“Amerikalılar Rusiya ilə müharibədə Ukraynadan sui-isftifadə edirlər.” Bunu Pentaqon müşaviri kimi fəaliyyət göstərmiş amerikalı təqaüdçü general deyib.
Duqlas Makqreqor tvitində azı 400 amerikalının Ukrayna müharibəsində öldürüldüyünü bildirib.
O, bu tvitində yazıb ki, “dostumuz (senator) Lindsey Qraham deyib ki, biz Ukraynada öldürülmüş amerikalıların qədrini bilməliyik. Bu, yalandır.”
ABŞ Müdafiə Nazirliyinin bu keçmiş rəsmisi bildirib ki, “biz azı 400 amerikalının (Ukrayna müharibəsində) istər podratçı kimi, istərsə də hərbi geyimdə öldürüldüyünü bilirik.”
Makqreqor ABŞ prezidenti Co Bayden administrasiyasını Ukrayna müharibəsində amerikalıların itkisini ört-basdır etməkdə ittiham edib və bildirib ki, Bayden hökuməti “bu həqiqəti söyləməyəcək və (bu mövzu) mediyalarda da yayımlanmayacaq.”
Bu keçmiş Pentaqon rəsmisi Ukrayna prezidenti Vladimir Zelenskinin müharibə bitdikdən sonra “Kiprdəki, İtaliyadakı və ya bəlkə də Floridadakı malikanələrindən birində yaşayacağına” inanır.
O, Ukraynanın Rusiyaya qarşı müharibəsi barəsində əlavə edib ki, “bunun hamısı fırıldaqçılıqdı və ukraynalılar ABŞ tərəfindən sui-istifadə ediliblər.”