Taif oyun şəhərində konki sürən keçmiş Məkkə imamı Şeyx Adil əl-Kəlbaninin videosu sosial şəbəkə iştirakçılarının qəzəbinə səbəb olub.
Sosial şəbəkə iştirakçıları yazıblar ki, Fələstin xalqının köməyə ehtiyacı olduğu və Qəzzə əhalisinin çətin şəraitdə yaşadığı bir vaxtda keçmiş Məkkə imamı Şeyx Adil əl-Kəlbani bir kəlmə ilə olmuş olsaydı belə, Qəzzədəki qardaşlarına kömək etməliydi. Sionist rejimi Əqsa Fırtınasının başlamasından (7 Oktyabr 2023) indiyə kimi evləri, sığınacaqları və xəstəxanaları davamlı şəkildə bombalamaqla 11500-dən çox fələstinlini şəhid edib və 29000-dən çox insanı isə yaralayıb.
Bu müddət ərzində şəhid olmuş tibb işçilərinin sayı isə 198 nəfərə çatıb. Bir həkim, bir tibb bacısı və bir xilasedici də şəhid olanlar sırasındadır. Həmiçinin 21 nəfər mülki müdafiə qüvvəsi və 51 nəfər müxbir də şəhid olub.