Keçmiş bir ABŞ zabiti “Qəzzadakı Humanitar Təşkilat” adlı fondun İsrail ordusuyla əlaqəli yaradıldığını açıqlayıb və əsas məqsədinin Qəzzə sakinlərinə aclıq və zorla köçürmə tətbiq etmək üçün təzyiq göstərmək olduğunu bildirib.
“Qəzzadakı Humanitar Fond”dan istefa vermiş amerikalı zabit “Antoni Aqilar” bildirib ki, onun Qəzzə zolağındakı praktiki təcrübəsi bu fond ilə İsrail rejimi ordusu arasında sürətli əməkdaşlığı üzə çıxarıb. O, vurğulayıb ki, baş verənlər müharibənin mənfi təsiri deyil, insanları aclığa və zorla köçürməyə məcbur etmək məqsədi daşıyan sistemli bir plandır.
Aqilar televiziya müsahibəsində bildirib ki, Qəzzədə baş verənlər müharibənin istənilməyən nəticəsi deyil, əksinə, Qəzza xalqını aclığa məruz qoymaq və onları evlərindən qovmaq üçün təşkilatlanmış bir sxemdir.
Onun sözlərinə görə, bu təşkilat yalnız çox az miqdarda quru ərzaq paylayırdı ki, bu da insanların ehtiyaclarını ödəməkdən uzaq idi; su, elektrik və digər həyati xidmətlərin isə demək olar ki, mövcud olmaması vəziyyəti faciəvi şəkildə ağırlaşdırırdı.
Aqilar, həmçinin açıqlama verərək bildirib ki, fond “daxili məcburi köç” adlandırılan ərazilər yaradaraq Fələstinliləri Qəzzənin cənubuna doğru itələyir və onların dağıdılmış evlərinə geri dönməsinin qarşısını alırdı.
O, əlavə edib: “Şəxsən aclıqdan və müdafiəsiz olan mülki insanlara qarşı İsrail qüvvələrinin birbaşa atəş açdığını gördüm və fondla əlaqəli bəzi podratçıların zorakılıq və silah tətbiq etməsi nəticəsində yardım paylanma yerlərində bir neçə şəhid və yaralı oldu.”
Amerikalı zabit vurğulayıb: “Qəzzadakı Humanitar Fond” bu qanunsuzluqlara qarşı heç bir tədbir görməmiş və bunları Fələstinlilərin zorla köçürülməsi planının bir hissəsi hesab etmişdir.
O, bildirib ki, faciənin dərinliyini anlayanda həmin vəzifədə qalmağı Fələstinlilərə qarşı soyqırımı ilə əməkdaşlıq kimi görüb və bu, onun üçün mənəvi baxımdan qəbuledilməz idi.
Aqilar yekun olaraq qeyd edib: “Qəzzədə baş verənlər təsadüfi səhv və ya qəfil xaos deyil, Fələstin xalqına qarşı sistemli siyasətdir. Mən isə həqiqəti dünyaya çatdırmaq vəzifəsini daşıyıram; çünki tarix Qəzzədə baş verənləri tam soyqırımı kimi yadda saxlayacaq.”

































