ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin keçmiş polkovnik-leytenantı BBC ilə müsahibəsində deyib ki, hərbi xidməti zamanı İsrail ordusunun Qəzzədə aclıq çəkən mülki əhaliyə qarşı İsrail ordusunun nümayiş etdirdiyi misli görülməmiş vəhşiliyə heç vaxt şahid olmayıb.
Keçmiş ABŞ hərbiçisi və xüsusi təyinatlı zabiti Antoni Aqilar BBC-yə verdiyi açıq müsahibədə İsrail ordusunun Qəzzədəki hərəkətlərini “misli görünməmiş” zorakılıq kimi xarakterizə edib və bildirib: “Bütün karyeram boyu mülki, silahsız və aclıq çəkən bir əhaliyə qarşı bu qədər vəhşi və həddindən artıq güc tətbiqinə şahid olmamışam.”
O, müsahibənin tam və redaktə olunmamış versiyasında deyib ki, Taliban və İŞİD ilə döyüşüb, lakin Qəzzədaki İsrail ordusunun vəhşiliyi onlardan daha pisdir.
ABŞ və İsrail rejiminin birgə idarə etdiyi qurum olan “Qəzza Humanitar Fondu”nda (GHF) fəaliyyət göstərən Aqilar bildirib ki, İsrail qüvvələri və amerikalı podratçıların mühasirə altındakı bölgələrdə qida yardımı almağa çalışan fələstinli mülki şəxslərə birbaşa atəş açmasını gördükdən sonra vəzifəsindən istefa verib.
Keçmiş hərbçi vurğulayıb ki, aclıq çəkən və müdafiəsiz insanlara top atəşi, mərmi və hətta tank mərmiləri atıldığını şəxsən görüb; bir dəfə isə Merkava tankının yardım ərazisindən uzaqlaşan mülki nəqliyyat vasitəsini hədəfə alıb məhv etdiyini müşahidə edib.
Aqilar birbaşa sual altında, hərbi cinayətlərə şahid olub-olmadığını soruşduqda, “Şübhəsiz ki, bəli” deyib və əlavə olaraq bildirib: “Bu müharibə deyil. Bu, məhv etməkdir.”

Bu açıqlamalar, hal-hazırda həyatlarını davam etdirmək üçün məhz bu ərzaq paylama mərkəzlərinə bağlı olan 1000-ə yaxın fələstinlinin ölümcül atəş hədəfi olması ilə səslənir. Eyni zamanda, 85-dən çox uşaq da daxil olmaqla, ən azı 127 nəfər aclıq səbəbindən həyatını itirib.