“Ukraniyalıların sursatları bitmək üzrədir.” Bu, ABŞ prezidenti Co Baydenin 800 milyon dollarlıq hərbi yardım paketinin bir hissəsi olaraq kaset bombaların Kiyevə göndərilməsi üçün özünə haqq qazandırmasından ötrü olan sözləridir. Bu addım Rusiya və Ukraniyanı münaqişələrin yeni mövsümünə daxil edəcək.
Ağ evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan açıq-aşkar deyib: ABŞ daxili istehsalı artırdığı halda Ukraniya artilleriyasının “külli miqdarda təchizata” ehtiyacı var. O, deyib: “Biz cari münaqişlərin heç bir mərhələsində Ukraniyanı dəstəkləməkdən əl çəkməyəcəyik.”
ABŞ hökuməti bundan əvvəl Rusiyanı bu silahlardan istifadə etdiyini iddia edərək Moskvanı pislədiyi halda, Bayden kaset bombaların Ukraniyaya göndərilməsinə razılıq verib. O zaman Ağ ev sözçüsü Rusiyanın kaset bombalarından istifadə etdiyini iddia edərək demişdi: Bu, “hərbi cinayət”-dir. Belə bir şəraitdə Baydenin bu bombaların Ukraniyaya göndərilməsi ilə razılaşması ABŞ-ın ikiüzlülüyünün göstəricisidir. Çünki, 120-dən çox ölkənin qadağan etdiyi bu növ silahdan istifadə icazəsini Ukraniyaya verib.
Görəsən, ABŞ prezidenti və belə silahların əldə olunub istifadəsini istəyən ukraniyalı həmkarı Viladimir Zelenski hərbi cinayət sayılan silah və bombaların göndərilməsi və istifadəsindəki anti-bəşər addımlarını etiraf edirlər? Çünki, müşahidəçilər bu silahların Ukraniyaya döyüş meydanında kömək etmədiyinə, əksinə mülki şəxslərin həyatını təhlükəyə atmasına inanırlar.
Bundan əlavə, ABŞ həmişə öz iddialarıyla, qadağan olunmuş silahların Rusiyaya göndərilməsini tənqid edib. Halbuki, indi aydın olur ki, ABŞ qadağan olunmuş silahların Ukraniyaya göndərilməsini öz öhdəsinə götürür və iddia edilən təbliğlərlə digərlərinə qadağan etdiyi şeyi özü üçün icazəli sayır. Elə bu məntiqlə də öz qəddarlığını məhdudlaşdırmağa məcbur olmasın deyə, bu cür beynəlxalq öhdəlikləri imzalamaqdan boyun qaçırır. Buna görə də, ABŞ bu silahlardan istifadəni qadağan edən razılaşmasını imzalamayıb. Bundan əlavə, bu qərar dönüş nöqtəsi və Vaşinqtonun Ukraniya münaqişəsinə birbaşa müdaxilə etməsinə daha bir sübutdur. Bu da Moskva və Vaşinqton arasındakı qarşıdurmanın yeni mərhələsi olacaq.
Moskva bu qərarı bəşəriyyəti yeni dünya müharibəsinə sürükləyən ABŞ-ın ümidsizlik əlaməti və silah məğlubiyyətindən sonra Ukraniyanın elan etdiyi “əks hücum” gücsüzlüyünün sübutu hesab edir. Bu silahlar Qərbin Rusiyanın qanunlarına sızmaq üçün Ukraniyaya verdiyi silahlar idi.
Belə bir şəraitdə Zelenskinin daha çox silah əldə etmək və ölkəsinin NATO-ya birləşməsi üçün NATO-ya üzv olan bir sıra ölkələrə səfəri ABŞ prezidentinin əsaslandırmalarını vurğulamaq idi. Amma o, avropalıları razı sala bilmədi. Belə ki, başda Almaniya, Fransa və Avstriya olmaqla bir sıra Avropa ölkəsi kaset bombaların Kiyevə göndərilməsi ilə razılaşmayıb və vurğulayıblar ki, bu addım mülki şəxslər üçün uzun müddətli bir təhdiddir.
Baydenin kaset bombaların Kiyevə göndərilməsi ilə razılaşması vəziyyəti gərginləşdirib daha da mürəkkəbləşdirəcək. Belə ki, indi hər şey qaranlıqdır. Digər tərəfdən də Ukraniya müharibəsinin gedişindəki bu dəyişiklik zorakılığın artması ilə nəticələcək. Şübhəsiz ki, Rusiyanın da ona reaksiyası çox ağır olacaq.