Xarici KİV-in verdiyi məlumata görə, İran İslam Respublikasının Xarici Işlər Nazirliyinin sözçüsü Nasir Kənani, bu gün (10 Fevral) Twitter səhifəsində ABŞ Konqresinin bəzi üzvlərinin Münafiqlər terror qruplaşmasını dəstəkləmələrinə işarə edərək yazıb: ABŞ Konqresinin 165 üzvünün Münafiqləri dəstəkləməsi, ABŞ-ın terrorizmlə dərin bağlılığını dünyaya göstərdi.
O, xatırladıb: Təbii ki, təəccüblü deyil! İŞİD-i (terror qruplaşması) yaradan və ondan alət kimi istifadə edən bir rejim, 17 min İran vətəndaşını öldürənləri himayə etməyə, alət kimi və siyasi istifadəyə davam etməkdən utanmaz!
Verilən hesabata görə, ABŞ Konqresinin 100-dən çox üzvü çərşənbə günü, İrandakı iğtişaşlarla bağlı ittihamları təkrarlamaqla yanaşı, Münafiqlər terror qruplaşmasını himayə edən bəndlərə sahib olan qətnaməni dəstəkləyib.
Bu qətnamə, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində təqdim edilib, Demokrat və Respublikaçı partiyalarından 165 deputatın dəstəyinə sahib olub. Adı çəkilən qətnamə, İranı “insan haqlarının pozuntusu” ilə ittiham edir, amma “Məryəm Rəcəvi, (Xalq Mücahidləri Təşkilatının (Münafiqlər terror qruplaşması) rəhbəri) İranın gələcəyi üçün” adlanan layihəni dəstəkləyir.