İvrit dilində yayımlanan nəşrlərdən biri Suriya iğtişaşının Tramp, Türkiyə və İsrailin planı olduğunu bildirib.
İvrit qəzeti Ərəb Amerika Münasibətləri üzrə Milli Şuranın ekspertinə istinadən bildirib ki, Suriya iğtişaşlarının arxasındaTramp, Türkiyə və İsrail dayanır.
Bu ivrit mediası hesabatında yazıb: Bu ekspert ərəb mediasına verdiyi müsahibədə vurğulayıb ki, İranın regiondakı nüfuzunu aradan aparmaq ardınca olan Tramp regionun aparıcı ölkələrindən, xüsusən də Türkiyədən suriyalı müxalif qruplara Hələbə hücum etmək üçün yaşıl işıq yandırmağı istəyib.
Ekspert, həmçinin vurğulayıb: Bu hücum üçün hazırlıqlar bir neçə ay öncədən başlamış və bu insanların təlimləri də yüksək səviyyədə baş tutmuşdu. Amma Türkiyə yalnız Livanda atəşkəs icra olunduqdan sonra bu hücumun başlanmasına razılıq verdi.