İraqlı qaçqın növbəti dəfə İsveçin Malmö şəhərində və ölkə polisinin himayəsi altında Quranı yandırmaq kimi iyrənc hərəkət edib.
Bundan əvvəl də İsveçdə Qurani Kərimə qarşı hörmətsizlik kimi pis əməl törədən “Salvan Momika” adlı İstokholmda yaşayan iraqlı qaçqın, bu dəfə Malmö şəhərindəki Laurensburg meydanında Quranı yandırıb.
İsveç qəzetlərindən birinin verdiyi məlumata görə, təxminən 100 nəfər bu iyrənc əmələ etiraz etmək üçün onun ətrafına toplaşmışdı.

İsveç polisinin sözçüsü Patrik Fors bildirib ki, polisin xəbərdarlıq lentindən keçmək istəyən insanların qəzəblənməsi ilə bir neçə dəqiqəlik vəziyyət qarışıb və narahat edici olub.
Orada olan insanların bəzisi saxlanılıb və azı bir nəfər oradan uzaqlaşdırılıb. Bu toplantı saat 13:00-da başlayıb və 45 dəq çəkib.
Sentyabrın əvvəllərində çox sayda müsəlmanın yaşadığı Warnhamstorget Malmödə Quranı yandırma kimi iyrənc hərəkətdən sonra Rosenqardda şiddətli iğtişaş baş vermişdi.
Ötən cümə də İsveç polisi Rosenqardın vəziyyətini dronla yoxlamaq qərarına gəlib. Bu qərar Oktyabrın 4-nə kimi qüvvədədir.