İsrailin məskunlaşma nazirinin qızı valideynləri tərəfindən cinsi istismara məruz qaldığını və onlara qarşı şikayət etdiyini bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, İsrailin məskunlaşma naziri Orit Strokun qızı Şoşana Strok uşaq ikən valideynləri tərəfindən cinsi zorakılığa məruz qaldığını və onların cinayət hadisəsini lentə aldığını açıqlayıb.
Şoşana sosial şəbəkədə video paylaşaraq, “Uzun müddətdir gizlətdiyim bir şeyi sizinlə bölüşmək istəyirəm. Adım Şoşana Strokdur. Uşaq vaxtı valideynlərim tərəfindən cinsi istismara məruz qalmışam” deyib.
Məlumata görə, hadisədən psixoloji təsirlənən Şoşana İsraili tərk edib, bir müddət sonra Təl-Əvivə qayıdıb və təxminən ay yarım əvvəl valideynlərinə qarşı cinsi təcavüz ittihamı ilə İsrail polisinə şikayət edib. Lakin İsrail rəsmiləri məsələni senzura edərək onun açıqlanmasına mane olublar. Nəticədə, Şoşana bunu sosial mediada açıqlamağa məcbur olub.
İsrailin məskunlaşma naziri Orit Strok fələstinlilərə qarşı güclü düşmənçiliyi və onlara qarşı ekstremist mövqeləri ilə tanınır. O, həm də əsir mübadiləsinin və Qəzzə müharibəsinin sona çatmasının ən qatı əleyhdarlarından biri idi.