Avqustun 21-i dünya müsəlmanlarının ilk qibləsi və səmavi dinlərin ehtiram etdikləri ən müqəddəs məkanlardan biri olan Əl-Əqsa məscidinin radikal sionistlərin əli ilə yandırılmasının 54-cü il dönümü idi.
1969-cu il Avqustun 21-i dünya müsəlmanlarının ilk qibləsi və səmavi dinlərin ehtiram etdikləri ən müqəddəs məkanlardan biri olan Əl-Əqsa məscidi radikal sionistlər tərəfindən yandırıldı və əhəmiyyətli dərəcədə ona ziyan dəydi.

Sionist rejimi dünya müsəlmanlarının qəzəb və nifrətinə səbəb olmuş bu hadisəni “Dennis Maykl Rohan” adlı avstraliyalı yəhudi bir turistə nisbət verdi. Sionistlər onu Əl-Əqsa məscidini yandıran amil olaraq təqdim etdilər ki, şou kimi görünən məhkəmədə əvvəlcə onu mühakimə edib, daha sonra onun ruhi xəstə olduğunu iddia edərək onu azad etsinlər.
Əl-Əqsa məscidinin yandırılması hadisəsi işğalçı sionist hərbiçiləri tərəfindən Beytul-Müqəddəsin şərq hissəsinin ələ keçirilməsindən bir il sonra, 1967-ci il İyun ayındakı 6 günlük müharibə zamanı baş verib.
O vaxt İsrailin “Əməl” partiyasının üzvlərindən olan “Qolda Meyer” “Levi Aşkol”-un ölümündən sonra yenicə sionist rejiminin baş nazirliyi postuna yiyələnmişdi.

Meyeri “Süleymanın (ə) heykəli və yəhudilərin digər müqəddəs binaları” adlandırılan şeyləri tapmaq üçün Əl-Əqsa məscidinin aşağı hissələrində araşdırma aparmaq üçün israr edən sionist siyasətçilərindən saymaq lazımdır.
Sionist rejimi Beytul-Müqəddəsi işğal etdiyi ilk günlərdən bu şəhərdəki islami əsərlər və əlamətləri aradan aparmaq üçün saysız-hesabsız tədbirlər görüb. O cümlədən ərəb banklarının bağlanması, islami evlərin və məkanların dağıdılması, sionistlər yaşayan qəsəbələrin çoxaldılması, ərəb pullarının yığılması və israil pullarının rəvac tapması, ərəblərin Ərəb şəxsiyyət vəsiqələrini dəyişdirməyə və İsrail şəxsiyyət vəsiqələrini almağa məcbur edilmələrinə işarə etmək lazımdır. Bunların hamısı Beytul-Müqəddəsdə yaşayan müsəlmanların kimliyinin aradan aparılması istiqamətində həyata keçirilirdi.
İlk Ərəb-İsrail müharibəsi və həmçinin sionist rejiminin İslam ölkələrinə qarşı 6 günlük müharibəsi zamanı Beytul-Müqəddəs İsrail qırıcıları tərəfindən bir neçə dəfə bombalanıb. Bu hava hücumlarının birində Əl-Əqsa məscidinin qapısına və minarələrindən birinə ziyan dəymişdi.
Sionistlər 1968-ci ilin Mart ayından arxeoloji qrupların köməyi ilə Süleyman (ə) məbədinin qalıqlarını aşkar etmə bəhanəsi ilə Əl-Əqsa məscidinin binası altında və ətrafında qazıntı işlərinə başladılar. Müqəddəs Hərəmin ətrafında da qazıntılar aparıb, məscidin alt hissəsində kəsişən tunellər yaratdılar.

Bütün bu hərəkətlərin məqsədi Əl-Əqsa məscidinin tədricən dağıdılması və sionistlərin onun yerinə növbəti dəfə “Süleymanın (ə) heykəli” adlı yəhudi məbədini inşa etmək idi. Buna görə də, Əl-Əqsa məscidinin yandırılma hadisəsini bu istiqamətdə və bu binanın məhv edilməsi məqsədi ilə olduğunu nəzərdən keçirmək lazımdır.
Əl-Əqsa məscidinin yandırılma hadisəsində məscidin tavanının azı 200 kvadrat metri tamamilə dağıdıldı, məscidin günbəzi 5 yerdən yandı, məscidin (tarixi) əsərlərindən biri, 800 il keçmişə sahib qiymətli və qədim bir minbərlə birlikdə yanaraq aradan getdi.
Dünya müsəlmanlarının qəzəbinə tuş gəlmiş bu cinayət İslam ölkələrinin bir çox mediyalarının, sionistlərin təcavüzkar addımları qarşısında reaksiya verilməsinin vacibliyindən danışmalarına səbəb oldu. Çünki, bu, sionistlərin şərqi Qüdsün ələ keçirilməsindən sonrakı 10 ay müddətində, onların Əl-Əqsa məscidinə qarşı ən böyük cinayəti idi.
Qüds şəhəri İslam Peyğəmbəri (s) dünyadan köçdükdən sonrakı ilk illərdə romalıların hökmranlığından çıxaraq müsəlmanların ixtiyarına keçdi. 74-cü Hicri Qəməri ilində Peyğəmbərin (s) meraca getdiyi yerdə Əl-Əqsa məscidi inşa edildi.
Bu əzəmətli məscid əvvəllər də mövcud olmuş kiçik məscidin kamilləşmiş forması idi. Bu məscidin tarixi keçmişi və coxdankı hörməti sionistlərin bu məscidi yandırmalarının dini bir faciə kimi görünməyinə və bütün dünya müsəlmanlarının, beynəlxalq ictimaiyyətin qəzəbinə səbə oldu.
Bu hadisənin ardınca İslam ölkələri “İslam Konfransı Təşkilatı” adlı bir təşkilat yaratmaqdan ötrü bir araya gəldilər. Beləliklə də, Əl-Əqsadakı yanğın 1969-ci ilin Sentyabrında İslam Konfransı Təşkilatının yaranma səbəblərindən biri oldu.
Bu təşkilat bu hadisədən bir ay sonra Mərakeşin paytaxtı “Rabat”-da İslam ölkələrinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda varlığını elan etdi.

Xalqın və bir çox İslam dövlətlərinin ruhiyyəsində sarsıdıcı təsirlər qoymuş ərəblərin sionistlər qarşısındakı 6 günlük müharibədəki məğlubiyyəti İslam təşkilatının yaranmasına olan ehtiyacı açıq-aşkar göstərirdi.
6 günlük bu müharibədə sionist hərbiçiləri Misirdən Sina səhrasını, Suriyadan Colanı, İordaniyadan Qüdsün şərq hissəsi də daxil olmaqla İordan çayının qərb sahilini ayıraraq işğal etdilər.
“İslam Konfransı Təşkilatı”-nın varlığı İslam ölkələrinin rəhbərlərinin ilk iclasının sonunda 1969-ci ilin Sentyabrın 25-də Mərakeşin paytaxtı “Rabat”-da elan olundu. Mərakeşin keçmiş kralı “ Kral II Həsən” iclasa ev sahibliyi edirdi. Diqqət olunası məsələ Qərb ölkələrinin bu iclasın keçirilməsini dəstəkləmələri və Ərəb Liqası sammitinin keçirilməməsinə dair israrları idi.

Qərbin ərəb ölkələri toplantısının keçirilməsinə qarşı çıxması buna görə idi ki, o vaxt ərəb ölkələrinin bir çoxu “Camal Əbdün-Nasir”-in təsiri altında idilər və ərəb ölkələri ilə məhdudlaşan hər bir iclasın təşkil olunması Nasirin nüfuzu nəzərə alınmaqla, İsrail əleyhinə qərar qəbul olunması ilə nəticələnə bilərdi. ABŞ və Avropa belə bir hədisəyə qarşı idilər. Bu görə də, Səudiyyə Ərəbistanı kimi ölkələr və İran şahı qərblilərin məsləhətindən sonra neytral və qeyri-reaktiv bir toplantının keçirilməsinə təşəbbüs göstərdilər.
İran şahının çıxışı ilə açılışı olan Rabat toplantısı həmin baxışın nəticəsi idi. Şah öz çıxışında Əl-Əqsa məscidinin yandırılması barədə bir kəlmə belə danışmadı və yalnız İslam ölkələrini bir-birini başa düşməyə və həmfikir olmağa dəvət etdi.
Rabat toplantısı elə bir şəkildə idarə olundu ki, sondakı qətnamədə, hətta Qüdsün adını çəkməkdən imtina olundu və onun yerinə ibri dilindəki “Yerusəlim” sözündən isifadə olundu. Bu konfransda, hətta Fələstin Azadlıq Təşkilatının İslam ölkələrinin sionist rejimi qarşısında birləşmələri və bu rejimə sanksiya tətbiqi ilə bağlı təklifi bəyan olunmağa macal tapmadı. Rabat toplantısının sionist rejiminə qarşı ən sərt mövqeyi sionistlərin 1967-ci ilin İyun müharibəsindən əvvəlki sərhədlərə qayıtmaları tələbi idi.
