“EU Observer” internet saytı ilk dəfə olaraq İsrail rejiminin Qəzzədə beynəlxalq humanitar hüququ pozan hərəkətlərinə dair Avropa Birliyinin İnsan Haqları Bölməsi tərəfindən 2024-cü ilin Noyabr ayında hazırlanıb dərc edilmiş məxfi sənədi tam şəkildə açıqlayıb.
“EU Observer” saytının yazdığına görə, bu sənəd işğalçı İsrail ordusunun Qəzzədə beynəlxalq humanitar hüquq qaydalarını pozduğunu təsdiqləyir. Bu sənəd Avropa İttifaqının keçmiş xarici siyasət üzrə məsul şəxsi Cozep Borrelinin tələbilə İsrail rejiminin fəaliyyəti ilə bağlı məxfi daxili araşdırma aparıldıqdan sonra hazırlanmış hesabat formasındadır.
Bu sənəd 23 İyun tarixində Avropa İttifaqının İsrail rejiminin fəaliyyətinə qarşı sərt tənqid mövqeyini ifadə edib və bunu siyasi zarafat kimi qiymətləndirib.
Avropa İttifaqı 23 İyun tarixində İsrail rejiminin ikitərəfli razılaşmanın 2-ci maddəsini – insan haqlarına hörmət maddəsini pozmadığını bildirmişdi.
2-ci maddədə deyilir ki, “Avropa İttifaqı ilə İsrail arasındakı münasibətlər və razılaşmanın bütün müddəaları insan haqlarına və demokratik prinsiplərə hörmətə əsaslanmalıdır.”
Avropa İttifaqının 2024-cü il sənədində qeyd olunub ki, “bu sənəd Avropa İttifaqının heç bir dəyər mühakiməsini ehtiva etmir”, lakin eyni zamanda İsrail rejiminin on minlərlə qadın və uşağın öldürülməsi ilə “beynəlxalq humanitar hüququn əsas prinsiplərini pozduğunu” vurğulayır.
Sənəddə, həmçinin İnsan Hüquqları üzrə Ali Komissarlığın (OHCHR) Ofisinin hesabatları və Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) qərarları kimi mötəbər mənbələrə istinad edərək, işğalçıların “aclıqdan ölümcül cinayətlər törədən müharibə üsulu kimi” istifadə etməsinə də toxunulub.
Human Rights Watch-dan Klaudio Frankavilla deyib: “Sübutlar o qədər böyükdür ki, Aİ İsrailin 2-ci maddəyə və ya müharibə qanunlarına əməl etdiyini iddia etsə, etibarını itirəcək”.
Brüsselin Aİ-nin daha əvvəl istinad etdiyi BMT İnsan Haqları Ofisi və Beynəlxalq Ədalət Məhkəməsinin nəticələrinə məhəl qoymaması bütün BMT sisteminin etibarını faktiki olaraq sarsıdır, deyə o əlavə edib.
Frankavilla qeyd edib: Son 20 ay ərzində İsrail rejiminə qarşı heç bir sanksiya tətbiq etməyən Avropa diplomatiyası “heç bir əhəmiyyətli nəticə əldə etməyib.”
“Əksinə, İsrail, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Ədalət Məhkəməsi və Avropa İttifaqının tələb etdiyinə zidd hərəkət edib” –deyə o, əlavə edib.
Frankavilla, qeyd edib: Qarşıdan gələn baxış İsrailin müharibə cinayətləri törətdiyinə dair aydın və birmənalı nəticə ilə başa çatarsa, Almaniya və İtaliyanın buna məhəl qoymaması çox çətin olacaq”.
O, xəbərdarlıq edərəj bildirib ki, əgər işğalçılar İyunun 23-dən əvvəl Qəzzəyə daha çox yardım versələr və Aİ bundan tədbir görməmək üçün bəhanə kimi istifadə edərsə, bu, “fəlakətli ssenari və heyrətamiz siyasi axmaqlıq nümayişi” olacaq.
Avropa Şurasının Xarici Əlaqələr Şurasının Yaxın Şərq üzrə eksperti Hugh Lafat bildirib: Ən böyük risk Avropa Komissiyasının nəzərdən keçirmə prosesini uzatması və son nəticədə 2-ci maddə ilə bağlı hər hansı nəticə çıxarmaqdan çəkinməsi və məsələni üzv dövlətlərə verməsidir.
EU Observer-ə görə, Aİ ilə İsrail arasında ticarət əlaqələrinin dayandırılması uzaq bir ehtimal olaraq qalsa da, 2024-cü ildə rejimin Qəzzədə hərbi cinayətlərini sənədləşdirən daxili Aİ sənədinin nəşri Tel-Əvivin ticarət faydalarından istifadə etməyə davam etməyə layiq olduğunu iddia etməyi çətinləşdirəcək.
Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyası hazırda İsrailin hərəkətlərinin onunla mövcud əməkdaşlıq sazişinin dayandırılmasına haqq qazandırıb-saxlamadığını araşdırır. Müqavilə İsrailə güzəştli ticarət şərtləri altında ildə təxminən 15 milyard avro dəyərində silah, spirt, kosmetika və digər malları Avropa bazarlarına ixrac etməyə imkan verir.