Qəzzədə özünü büruzə verən insan fəlakətində İsrail rejiminin birbaşa məsuliyyətindən, komandirlərinin və əsgərlərinin beynəlxalq cinayət məsuliyyətindən əlavə, bir qrup ölkə bu rejimə müxtəlif yollarla kömək etməkdə şərikdirlər. Onlar bu cinayətləri törətməkdə əlbir olan “ölkələr” olaraq məsuliyyət daşımalı və atdıqları addımlar qarşısında cavab verməlidirlər.
İranın İngiltərədəki keçmiş səfiri Möhsün Bəharvənd qeydlərinin birində yazıb: SIPRI kimi tanınan Stokholm Beynəlxalq Sülh İnstitutunun hesabatına əsasən, İsrailin 79% ölümcül silahları Amerika tərəfindən və bu silahların təxminən 20%-i isə Almaniya tərəfindən təmin olunur. BMT-nin baş katibinin son hesabatına əsasən, Qəzzədə indiyədək 15 000-dən çox mülki şəxs öldürülüb və onların 40%-i uşaqlardan ibarətdir.
Qəzzədə insaniyyətə qarşı bu cinayətlər və hərbi cinayətlər dünyanın gözü qarşısında İsrail tərəfindən törədilməkdədir. Beynəlxalq ictimaiyyət Qəzzədə dəhşətli fəlakətlərlə üz-üzədir. Beynəlxalq hüquqlara əsasən, İsrail rejimindən əlavə, onunla “əlbir olan dövlətlər” də bu cinayətlər qarşısında cavab verməlidirlər.
Amerika və Almaniyanın İsrailə silah tədarükü onların hərbi cinayət və insaniyyətə qarşı cinayət törətməkdə bu rejimlə əlbir olmasına səbəbdir ki, bu da, hökumət məsuliyyətindən əlavə, İsrailə hər hansı bir yolla kömək çatdıran hərbi qulluqçuların şəxsi və cinayət məsuliyyətinə səbəb olur.