Microsoft şirkəti və “Citizen Lab” laboratoriyası tərəfindən verilən müştərək hesabat onu göstərir ki, sionist rejimi müxtəlif ölkələrdə jurnalistlərin, siyasi və insan haqları fəallarının mobil telefonlarına qarşı hack və casusluq proqramından istifadə edib.
Ötən gün (cümə axşamı günü) xəbər agentliklərindən biri yazıb: Bu proqram, bir İsrail şirkəti tərəfindən məlumatların elektron oğurluğu və casusluq vasitələri məqsədi ilə hazırlanıb, ən azı 10 ölkədə mediya və siyası fəallara qarşı istifadə olunub.
“Citizen Lab” laboratoriyası öz hesabatında vurğulayıb ki, vətəndaş cəmiyyəti sahəsində fəal qurbanlardan bir çoxunu müəyyən etməyi bacarıb. Hansı ki onların telefonları, Qua Dream şirkəti tərəfindən hazırlanmış izləmə proqramlı iPhone növüylə hack olunaraq sındırılıb.
Bu şirkət, casusluq proqramları sahəsində peşəkar şəkildə fəaliyyət göstərən “NSO” şirkətinin az tanınmış rəqibidir. ABŞ “NSO” şirkətini qara siyahıya daxil edib. Çünki, bu şirkətin insan haqları fəallarına və dünyadakı avtoritar sistemlərin müxaliflərinə qarşı elektron oğurluğa əl atdığına inanır.
Qua Dream, aqressiv kiber şirkətlərindən biridir və İsraildən kənarda fəaliyyət göstərir, ölkələrin dövlət işçilərinə qarşı iPhone hack alətləri hazırlayır.
Bu kiber təhlükəsizlik laboratoriyasının hesabatına görə, Qua Dream tərəfindən istifadə olunan serverlərin izlənilməsi bu zərərli proqramın Bolqarıstan, Çexiya, Macarıstan, Qana, sionist rejimi, Meksika, Rumıniya, Sinqapur, BƏƏ və Özbəkistanda istifadə edildiyini göstərir.