BƏƏ hökumətinin dəstəklədiyi sionist meyilli və Ben Zayidə yaxın olan bir media siması, İsrailin texnologiya sahəsində ərəb ölkələri ilə iqtisadi müqavilələrinin bağlanmasına vasitəçilik edir.
Ərəb ölkələrinin İsrail rejimi ilə İbrahim razılaşması kimi tanınan bəzi kompromis sazişlərin imzalanmasından bir neçə il keçdikdən və əlaqələrin rəsmi şəkildə normallaşma prosesi başladıqdan sonra Əmcəd Taha kimi simalar bu lahiyənin təbliğat vasitəsi kimi İsraillə iqtisadi münasibətlərin inkişafı üçün media və mədəniyyət sahəsində rəvayət quruculuğu və zəmin yaratma cəbhəsinin önündə yer alıblar.
Əmcəd Taha özünü siyasi analitik kimi təqdim edir, amma əslində, onun BƏƏ və İsrail rejimi arasında kommersiya, maliyyə və texnoloji əlaqələri gücləndirmək üçün icitmai və diplomatik mühitin yaradılmasındakı əsas rolu medianın diqqətini daha az çəkib.
Əmcəd Tahanın əslinin Əhvazdan olduğu bildirilir. O, hazırda Bəhreyn vətəndaşıdır və Birləşmiş Ərəb Əmirliklərində yaşayır. 2020-ci ilin Sentyabrında İsraillə barışıq sazişinin imzalanmasından sonra, normallaşma prosesinə verdiyi dəstəyə görə BƏƏ hökuməti ona vətəndaşlıq təqdim edib. Bu addım bir növ siyasi mükafat kimi qiymətləndirilir. Tahə daha sonra Böyük Britaniyaya köçərək bu ölkənin vətəndaşlığını da əldə edib.
Əmcəd Taha özünü ərəb məsələləri üzrə jurnalist, strateji analitik və siyasi şərhçi kimi təqdim edir. Bundan əlavə, o, Yaxın Şərq üzrə siyasi və strateji məsələlər üzrə ekspert olduğunu iddia edir. Taha hazırda Böyük Britaniyanın Yaxın Şərq Araşdırmaları və Tədqiqatları üzrə Mədəniyyət Mərkəzinin regional rəhbəridir və 2016-cı ildə nəşr olunmuş “Ərəb Baharının Fırıldağı” adlı kitabın müəllifidir.

Birgə sərmayə yatırımlarını asanlaşdırmaq üçün İsrailin imicinin təmizlənməsi
Əmcəd Tahanın əsas missiyalarından biri Fars körfəzi ölkələrinin, xüsusən də BƏƏ-nin ictimai rəylərində İsrail rejiminin imicini dəyişdirməkdir. O, mütəmadi olaraq ərəb və qərb medialarında “İsrailin texnologiya, startaplar, kibertəhlükəsizlik və müasir kənd təsərrüfatı sahələrindəki inkişafı” kimi açar sözlərdən istifadə etməklə, İsrail rejimini faydalı iqtisadi tərəfdaş kimi təqdim etməyə çalışır.
Bu rəvayət quruculuqları, Tel-Əvivlə Əbu-Dabi arasında böyük iqtisadi müqavilələrin imzalanmasına şərait yaradıb.
Rəsmi mənbələrin məlumatına əsasən, İbrahim sazişinin imzalanmasından sonra BƏƏ və İsrail rejimi arasındakı ticarət dövriyyəsi 2023-cü ildə sıfırdan qalxaraq 3.2 milyar dolları keçib və 2025-ci ildə 10 milyard dollara çatacağı gözlənilir. Bu artımın bir hissəsi Əmcəd Taha kimi simaların mediada və ictimai tədbirlərdə yaratdığı mühitə bağlıdır.

“Tərəfdaşlıq” layihəsi və İsrailin iqtisadi diplomatiyasına dəstək
Əmcəd Taha “Tərəfdaşlıq” adlı təşkilatın təsisçi üzvlərindən biridir. Bu qurum Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail rejimi arasında münasibətlərin normallaşmasından sonra yaradılıb və əsas missiyası iki tərəf arasında iqtisadi, mədəni və elmi əlaqələrin asanlaşdırılmasıdır. Təşkilat BƏƏ-yə məxsus iqtisadi qurumlar və sionist institutların birgə maliyyə dəstəyi ilə fəaliyyət göstərir və məqsədlərindən biri ərəb sərmayəçilərini İsrailin texnologiya bazarlarına cəlb etməkdir.
Bu təşkilatın proqramlarından birində BƏƏ-li və israilli tacirlər üçün birgə iqtisadi turlar təşkil edilir. Əmcəd Taha bu tədbirlərdə əsas natiq kimi çıxış edir və “İsrailin iqtisadi gücü” haqqında təriflərlə danışır. O, hətta ivritdilli media ilə müsahibəsində, Fars körfəzi bölgəsində süni intellekt, dəqiq kənd təsərrüfatı və günəş enerjisi layihələri üçün ərəb-İsrail birgə investisiya fondu yaradılmasını təklif etmişdi.

İsrail texnologiyalarının Fars körfəzi ərəb ölkələrinin iqtisadiyyatına nüfuzu
Normallaşma layihəsinin əsas hədəflərindən biri, İsrailin təhlükəsizlik, kibertəhlükəsizlik və biotexnologiya sahəsindəki texnologiyalarını, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinə, ərəb ölkələrinə ixrac etməkdir. Əmcəd Taha media təbliğatçısı kimi dəfələrlə İsrail texnologiyasından ağıllı kənd təsərrüfatı, su təmizlənməsi, şəhər təhlükəsizliyi və səhiyyə xidmətləri sahələrində istifadə olunmasının vacibliyi barədə təbliğat aparıb.
BƏƏ-dən bəzi media və iqtisadiyyat sahəsində fəaliyyət göstərən şəxslərin “Tərəfdaşlıq” kimi layihələr çərçivəsində İsrailə səfərlərindən sonra BƏƏ şirkətləri ilə İsrailin texnologiya şirkətləri, o cümlədən NSO Group və Watergen arasında bir neçə ticarət müqaviləsi imzalanıb. Əmcəd Taha bu müqavilələri “Yaxın Şərqin yeni iqtisadi diplomatiyası” nümunəsi kimi dəyərləndirir. Onun fikrincə, bu diplomatiya dini və siyasi sərhədləri aşaraq, yalnız iqtisadi maraqlara əsaslanır.


Təbliğat təşkilatlarının maliyyə pərdəarxası və neft pullarının rolu
Əmcəd Tahanın media və analitik fəaliyyələrinin böyük bir hissəsi, formal olaraq tədqiqat mərkəzi adı altında fəaliyyət göstərən, lakin əslində Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik və iqtisadi qurumlarının maliyyə dəstəyi ilə idarə olunan qurumlar vasitəsilə həyata keçirilir. Bu mərkəzlərdən biri də Londonda qeydiyyatdan keçmiş Britaniya Yaxın Şərq Araşdırmaları Mərkəzidir. Mərkəzin əsas əməliyyat büdcəsi isə əsasən, BƏƏ-yə bağlı vasitəçi şirkətlər tərəfindən maliyyələşdirilir.
Sızdırılan sənədlərə əsasən, bu mərkəz 2022-ci ildə Əbu-Dabi hökmdar ailəsinə bağlı şirkətlərdən 2.5 milyon funt sterlinqdən çox maliyyə yardımı alıb. Bu vəsait məzmun istehsalı, konfransların təşkili, Britaniya mediasında lobbiçilik fəaliyyəti və normallaşmanı dəstəkləyən media fəallarının təlimi üçün istifadə edilir. Əmcəd Taha bu mərkəzin regional rəhbəri olaraq çalışır və bu büdcədən, o cümlədən İsrailə etdiyi səfərlər də daxil olmaqla, xarici səfərlərində şəxsi istifadəsi üçün də faydalanır.
