İsrail rəsmiləri Axios-a etiraf ediblər ki, İrana hücumla bağlı ABŞ və İsrail arasında fikir ayrılıqları barədə dərc olunmuş xəbərlər səhnələşdirilib.
İki İsrail rəsmisi Axios-a bildirib ki, ABŞ prezidenti Donald Tramp və köməkçiləri İsrailin İrana hücumuna açıq şəkildə qarşı çıxıblar, lakin təkbətək heç bir etiraz bildirməyiblər və İsrailə “yaşıl işıq” yandırıblar.
İki məmur bildirib ki, açıq bəyanatların əksinə olaraq, Tramp administrasiyası İsraillə şəxsi söhbətlərində İrana hücumu dəstəkləyib.
Rəsmilərdən biri deyib: “ABŞ-dan açıq yaşıl işıq aldıq.”
İsrail rejiminin baş naziri Benyamin Netanyahunun köməkçiləri də medianı qəsdən çaşdırıb və iddia ediblər ki, Tramp bazar ertəsi İsraili İrana hücumdan çəkindirməyə çalışıb, əslində isə iki tərəf hücumun əlaqələndirilməsini müzakirə edib.