Ukraynalı qaçqın qadınlar: Bizi İsrailə cinsi kölə olmaq üçün gətiribər!
Bir İsrail kanalı bildirib ki, ukraynalı qaçqın qadınlara Ben-Qurion hava limanına gəldikdən sonra cinsi xidmətlər təklif olunub.
Sionist rejimin 12-ci kanalı bir qrup ukraynalı qaçqın qadından müsahibə alıb. Qadınlar bildiriblər ki, onlar işğal olunmuş ərazilərə daxil olan kimi sionistlər onlardan cinsi kölə kimi istifadə etmək istəyiblər.
Ukraynalı qadınlar Ben Qurion hava limanına çatan kimi sionist şəhər sakinlərinin hava limanına gələrək onları cinsi xidmət göstərməyə təşviq etdiyini açıqlayıb.
Hesabatda deyilir: “Son günlər Rifah Nazirliyi və İsrail Ədliyyə Nazirliyinin İnsan Alveri Şöbəsi sığınacaq axtaran ukraynalı qadınları cinsi xidmət göstərməyə məcbur etmək cəhdləri barədə çoxsaylı məlumatlar alıb.”
Məlumata görə, ukraynalı qaçqın qadınları əxlaqsız hərəkətlərə məcbur etmək üçün Ben-Qurion hava limanına və Panorama otelinə müəyyən şəxslər göndərilib. Həmçinin, bu əxlaqsız tələblərin Ben-Qurion hava limanında başlanmadığı bildirilir.
100-ə yaxın ukraynalı qaçqın Ben Qurion hava limanında verdiyi müsahibədə Ukraynadakı müharibə zonasından qaçmaq, sərhədi keçmək və işğal olunmuş Fələstinə uçmaq üçün onlara pul təklif edən bir adam haqqında danışıb. Qadınların barəsində söhbət açdığı şəxsin səciyyələri oxşar obrazı təsvir edir.
Onlar işğal olunmuş Fələstinə gəldikdə, həmin şəxs qadınlara borclarını ödəmələri üçün onların cinsi xidmət göstərməyə başlamalı olduqlarını bildirib.
İşğalçı İsrail rejimi rəsmiləri bir neçə gün əvvəl Tel-Əvivin 6 mindən çox ukraynalı qaçqını qəbul etdiyini və yaxın günlərdə bu rəqəmin 15 minə çatacağını bildirib.