Sionist rejimi İranda 20 nöqtəyə hücum etdiyini iddia etdiyi halda analitiklər bu hücumun ümumiyyətlə Doğru Vəd 2 əməliyyatı həddində və onunla müqayisə olunma qabiliyyətində olmadığını qeyd ediblər.
Bugün (şənbə) Oktyabrın 26-da sionist ordusunun sözçüsü açıqlama verərək bildirib ki, bu rejim İranın ötən aylarda İsrailə davamlı hücumlarına reaksiya verərək, İrandakı hərbi obyektlərə hücum edib.
Bundan sonra İranın Hava Hücumundan Müdafiə Qərargahı bəyanat yayaraq bildirib: İslam Respublikasının məsul şəxslərinin cinayətkar və qeyri-qanuni rejimə hər növ avantürist tədbirlərdən çəkinməsi ilə bağlı öncəki xəbərdarlıqlarına baxmayaraq, bu saxta rejim bugün səhər saatlarına yaxın gərginlik yaradacaq bir addım ataraq Tehran, Xuzestan və İlam vilayətlərindəki hərbi mərkəzlərin bəzi yerlərinə hücum etmişdir. Ölkənin havadan müdafiə sistemləri vasitəsi ilə bu təcavüzkar addımı izləmək və onunla uğurlu mübarizə aparmaqla yanaşı, bəzi yerlərə məhdud həddə ziyan dəyib. Hadisənin miqyası araşdırılır.
Bu rejim, həmçinin İranda 20 nöqtənin hədəfə alındığını iddia edib və indiyə qədər bu iddianın heç bir sübutu yoxdur.
Sionist rejimi İrana qarşı məhdud və uğursuz hücumunu böyük göstərməyə çalışır, amma analitiklərin çoxu bugünki hücumun Doğru Vəd 2 əməliyyatı ilə müqayisə olunma qabiliyyətində olmadığı fikrindədirlər. Doğru Vəd 2 əməliyyatında sionist rejimin hərbi və təhlükəsizlik obyektlərinə azı 180 balestik raket atılmış və Washington-Post-un məlumatına əsasən, azı 20 raket Novatim hava bazasına, digər 3 raket isə işğal olunmuş Fələstinin mərkəzindəki “Tel Nuf” bazasına düşmüşdü.
Bununla əlaqədar olaraq, sionist rejimin baş naziri Benyamin Netanyahu da bildirmişdi: “Onlar tarixin ən böyük hücumlarından birində bizə yüzlərlə raket atdılar.”
İran İslam Respublikasının rəsmiləri fitnəkarlıq müqabilində müdafiə haqlarının olduğunu dəfələrlə vurğulayıblar. İranlı rəsmilər regionda gərginliyin artmasını istəmədiklərini, amma istənilən ssenariyaya hazır olduqlarını və istənilən təcavüzə qüdrətlə cavab verəcəklərini açıqlayıblar.