İsrail rejiminin Müharibə Nazirliyi bildirib ki, bu rejimin 2022-ci ildəki silah satışı məbləği 12.5 milyard dollara çatıb.
İsrail rejiminin Müharibə Nazirliyinin bildirdiyinə görə, 2022-ci ildə bu rejimin silah satışı müqavilələrinin təxminən yarısının hər birinin 100 milyon dollardan çox dəyəri var. İbrahim Sazişini (Normallaşdırma) imzalayan ərəb ölkələrinə silah ixracatının həcmi təxminən 3 milyard dollar olub.
İsrail rejiminin Müharibə Nazirliyi dünən (14 İyun) hesabat verib: “2022-ci ildə İsrailin hərbi sənayesinin dünya ölkələrinə hərbi və təhlükəsizlik ixracatının həcmi misli görünməmiş bir həddə, təxminən 12.5 milyard dollara çatıb. Bu ixracat 2014-cü illə müqayisədə iki qat artıb və ötən 3 ildə 50% yüksəlib.”
Bu hesabata əsasən, İsrail rejimi ilə “İbrahim” adıyla tanınan əlaqələrin normallaşdırılması sazişini imzalayan ərəb ölkələrinə olan hərbi ixracatın həcmi 2022-ci ildə 3 milyard dollara yaxın olub.
Ötən ildə sionist rejiminin ən çox hərbi silah satışı 25% dronlara, 19% raketlər, minaatanlar və havadan müdafiə sistemlərinə, 13% radar sistemləri və elektron müharibə sistemlərinə şamil olub.
Xarici KİV-in bu barədə verdiyi məlumatda deyilir: Əldə olunan mövcud məlumatlar göstərir ki, ötən il sionist rejimi dronlar və müxtəlif imkanlara sahib sərnişinsiz təyyarələrin satışında rekord vurub və bu rejimin Müharibə Nazirliyinin bəyanatına əsasən, bu, sionist rejiminin döyüş silahlarının satış müqavilələrinin dörddə birini təşkil edib. Bu dronların iş prinsipi müxtəlifdir. Bəziləri hücum xarakterlidir. Halbuki bəzilərindən məlumat toplamaq və nəzarət etmək üçün istifadə olunur.
İsrail rejiminin Müharibə Nazirliyinin bəyanatına əsasən, bu qeydə alınmış statistika Rusiyayla Ukraniya arasında davam edən müharibənin ardınca Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olan ölkələrin orduları tərəfindən qabaqcıl silahlara olan tələbatının artmasına və həmçinin İbrahim sazişinə üzv olan ərəb ölkələrinin silah tələbatının artmasına görədir.
Xarici KİV-in verdiyi məlumata görə, 2022-ci ildə Netanyahunun baş nazir və Donald Trampın ABŞ prezidenti olduğu vaxt, sionist rejimi və Bəhreyn “İbrahim Sazişi” adlıyla tanınan əlaqələrin normallaşdırılmasına dair kompromis razılaşmanı imzaladılar; BƏƏ-nin də bir hissəsi olduğu və daha sonra Mərakeşin də əlavə olunduğu razılaşma.