Onlarla yük maşını İsrail rejiminin dəniz mühasirəsini yarmaq üçün işğal olunmuş Fələstinə daxil olmaq üçün Səudiyyə Ərəbistanı və BƏƏ limanlarından İordaniyaya yola düşüb.
Yük daşıyan onlarla yük maşını Səudiyyə Ərəbistanı və BƏƏ limanlarından işğal olunmuş Fələstinə yola düşüb. Bu, Qəzzəyə kömək üçün deyil, əksinə yəmənlilərin Qırmızı dənizdə İsrail üçün yaratdığı mühasirəni yarmaq üçündür.
İsrail mediaları bir neçə dəfə bu mövzuya toxunub və yazıblar ki, sionist rejimi Yəmən Ənsarullahının gəmilərin Eylat limanına tərəf hərəkətlərinə mane olduğu bir şəraitdə Səudiyyə və BƏƏ-nin köməyini bir nemət sayır.
Amma bu dəfə İsrail TV kanallarından biri İordaniya sərhədinə, İordaniyanı İordaniyanın qərb sahillərinə birləşdirən Şeyx Hüseyn\İordan çayı keçidinə gedib. TV kanal müxbirinin sözlərinə görə, onlarla yük maşınının Ərəbistan və BƏƏ-dən İsrailə yük idxal etdiyi bu yerdə gizli şəkildə bir hadisə baş verməkdədir.
Bu TV kanal bir drondan istifadə edərək onlarla yük maşınının işğal olunmuş ərazilərə daxil olmaq üçün sərhəddə növbəyə düzüldüyünü göstərir.
“Cihad” adlı bir yük maşını sürücüsü İsrail rejiminin gömrük məmuruna Dubaydan gəldiyini və yükünün elektrik avadanlıqları olduğunu deyir. Gündəlik olaraq neçə yük maşınının bu keçiddən istifadə edərək işğal olunmuş torpaqlara daxil olduğu dəqiq məlum deyil. Amma bir neçə gün öncə, bu keçidin idarəçiliyə nəzarət edən İsrailin “Traknet” şirkətinin rəhbəri Hanan Fridman İsrail qəzetlərindən birinə demişdi ki, bu keçid gündəlik olaraq 300 yük maşını qəbul etmə imkanına malikdir.
Yəmən Silahlı Qüvvələrinin İsrail gəmilərinə və Eylat limanına doğru hərəkət edən gəmilərə olan hücumları İsrailə ciddi iqtisadi təzyiq yaradıb. Amma İsrail qəzetinin sözlərinə görə, Riyad və Əbu-Dabi İsrailə yönələn iqtisadi təzyiqin azalmasına kömək etməyə çalışırlar.
İsrail gəmi şirkətləri Afrikanı dolanaraq uzaq və bahalı yoldan istifadə edib, İsrailə yetişmək əvəzinə yüklərini Fars körfəzindəki BƏƏ və Ərəbistan limanlarında boşaldır, oradan da yüklərini yük maşınları vasitəsi ilə Ərəbistan və daha sonra İordaniya torpaqlarından keçirməklə işğal olunmuş Fələstinə doğru aparırlar.
İsrail mediaları sözlərinə görə, ötən ay onlarla yük maşını BƏƏ, Bəhreyn və Ərəbistan limanlarında boşaldılmış yükləri quru yolla İsrailə aparıb, hansı ki, bu yüklər bundan əvvəl Qırmızı dəniz vasitəsi ilə idxal olunurdu.
İsrailə məxsus digər TV kanallardan biri də bildirib ki, yəmənlilərin hücumundan əvvəl hər bir konteynerin qiyməti 2000 dollar idi, amma indi 8000 dollara yüksəlib. Bundan əvvəl gəmilər özlərini bir ay müddətində İsrailə çatdırırdılarsa, indi bu müddət iki dəfə artıb. Bu arada, bir gəminin konteynerlərinin Ərəbistandan yaxud Bəhreyn və BƏƏ-dən İsrailə daşınması 15-20 gün çəkir.
Bu hesabata əsasən, “Husilərin” gəmilərin Eylat limanına doğru hərəkətlərinə mane olduqdan sonra, gəmilər Afrika qitəsini dolanmaq, “Ümid” burnundan keçmək və bir aydan çox vaxt sərf etməklə özlərini İsrailin qərb limanlarına çatdırmağa məcbur olublar. Həmçinin Afrika şirkətlərindən bir çoxu yəmənlilərin addımlarından qorxuğu üçün yüklərini İtaliya yaxud Kiprdə boşaldır ki, oradan İsrailə aparılsın.
Digər tərəfdən, Yəmən Silahlı Qüvvələrinin sözçüsü deyib ki, “İsrail gəmilərinin yaxud hər hansı bir yolla onlarla əlaqəsi olan gəmilərin Qırmızı dənizdən keçmək üçün ən kiçik fürsəti olmayaq.”
Rusiya TV kanallarından birinə müsahibə verən əl-Baxiti digər ölkələrin Qırmızı dənizdən gediş-gəlişlə bağlı narahatlıqları barədə deyib: Yəmən Silahlı Qüvvələri digər ölkələrin gəmilərinin, o cümlədən Rusiya və Çin gəmilərinin təhlükəsiz keçidinə zəmanət verir.”