Sionist rejiminin ordusu dünən axşam (bazar günü) İranın son raket hücumundan sonra işğal altındakı ərazilərdə bir neçə bölgənin yanğınlar ilə üzləşdiyini və infrastrukturun dağıldığını etiraf edib.
Fransa qəzetinin internet saytına istinadən verilən məlumata görə, İsrail ordusu hesabatında, Aralıq dənizi sahilindəki bölgələrdə yanğınsöndürənlərin əməliyyatlar apardığını və bəzi binaların birbaşa raket hücumuna məruz qaldığını bildirib.
Fransanın geniş tirajlı bu qəzeti, bazar günü gecə İran və İsrail rejimi arasındakı üç günlük hərbi qarşıdurmanın son vəziyyəti ilə bağlı verdiyi məlumatda Tel-Əviv və Qüds üzərində bir neçə partlayış səsinin eşidildiyini qeyd edib.
İsrail mediasına istinadən verilən məlumatda da “Moşaf” bölgəsindəki “Kiryat Gat” şəhəri yaxınlığında bir raketin yerə düşdüyünü bildirib.
Xarici KİV-in məlumatına əsasən, 13 İyun 2025-ci il, cümə günü İsrail rejiminin Tehran və digər şəhərlərə etdiyi terror hücumu nəticəsində bir neçə hərbi komandir, alim və dinc sakin şəhid olub.
Bu cinayətdən sonra, İslam İnqilabının rəhbəri böyük İran xalqına ünvanladığı mesajda qeyd edib: “Rejim ağır cəzaya hazır olsun. İslam Respublikası Silahlı Qüvvələrinin güclü əli onu buraxmayacaq, Allahın izni ilə.”
İsrail rejiminin təcavüzünə cavab olaraq, İran gecə vaxtı bir neçə təkamül hücumlarına başlayıb.