Avstraliyalı məşhur jurnalist özünün “Fələstin laboratoriyası: İsrail işğalçılıq texnologiyasını bütün dünyaya necə ixrac edir?” adlı yeni kitabını dərc etməklə manşetə çevrilib.
Antoni Lovenşteyn bu dəfə sionist rejimi barəsində yeni və maarifləndirici kitab dərc etməklə manşet olub.
Avstraliyalı tanınmış jurnalist Antoni Lovenşteynin yeni kitabının adı “Fələstin laboratoriyası: İsrail işğalçılıq texnologiyasını bütün dünyaya necə ixrac edir?”-dir və 23 May tarixində nəşr olunub. Bu kitabın təsvirində deyilir: İsrail Fələstini işğal etməklə qırğına necə başlayır?
İsrail hərbi sənaye kompleksi Fələstinin işğal olunmuş ərazisindən silah və nəzarət-casusluq texnologiyaları laboratoriyası kimi istifadə edir, daha sonra bütün dünyaya-avtokratlara və demokratlara- ixrac edir. 50 ildən çoxdur ki, İordan çayının qərb sahillərinin və Qəzzənin işğalı İsrailə, “düşmən” cəmiyyəti adlandırdığı fələstinlilərə nəzarət etmək üçün qiymətli təcrübələr verib. Onlar burada nəzarət arxitekturasını təkmilləşdiriblər.
Tanınmış jurnalist və “Fəlakət kapitalizmi” kimi kitabların müəllifi Antoni Lovenşteyn bu geniş dünyanı dünyəvi bir tədqiqatda gizli sənədlərlə, ifşa edici müsahibələrlə və dəqiq hesabatlarla kəşf edir. Bu kitab ilk dəfə olaraq dərin bir şəkildə onu göstərib ki, Fələstin necə sionist rejiminin hərbi-texnoloji kompleksi üçün ali laboratoriyay çevrilib: nəzarət, evlərin dağıdılması, saysız-hesabsız həbs və rəhmsizlikdən tutmuş, işğal məfhumunun ixracatı yolunda bu rejimə yol götərən qabaqcıl vasitələrə qədər.
Ceff Bezosun və Camal Qaşıqçının telefonunu hack edən Beqasus proqramı, minlərlə Rohincanı qətlə yetirən Myanma ordusuna satılan silahlar, Avropa İttifaqının Aralıq dənizində boğulmaqda olan qaçqınlara nəzarət etmək üçün dronları, bunların hamısı bu böyük laboratoriyanın nümunələridir.
Sionist rejimi dünyada ən dəhşətli toqquşmaları alovlandıran casusluq texnologiyasının və hücum texnikasının ixracatında xüsusi bir quruluşa çevrilib.