ABŞ Dövlət Departamenti Sionist Ordusunun Cenin şəhərində ƏL-Cəzirə telekanalının jurnalisti Şirin Əbu Əqilənin öldürülməsi ilə bağlı təhqiqatla bağlı açıqlamasına reaksiya verib.Sputnik xəbər agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel açıqlamasında deyib ki, ABŞ prezidenti Co Bayden hökuməti münaqişə qaydalarını dəyişdirmək üçün sionist rejimə bir müddətdir təzyiq edir.
O, sözlərinə davam edərək İsraildəki tərəfdaşlarına münaqişə siyasətini və davranışını yenidən düşünmək, jurnalistləri xəsarət və faciəli hadisələrdən qorumaq üçün təzyiq göstərməyə davam edəcəklərini vurğulayıb.
Naftali Bennet bu xəbərdalıqlara cavab olaraq, Əsgərlərin döyüş qaydalarını yalnız İsrail ordusunun komandirlərinin müəyyən etdiyini və hər hansı daxili və ya xarici idarədən uzaq olduqlarını deyib.