Suriyalı mənbələr bildiriblər ki, İŞİD üzvləri Suriyanın mərkəzində göbələk toplamaqda olan 53 Suriya vətəndaşını öldürüblər.
Xarici KİV-in verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının üzvləri Homs vilayətinin (Suriyanın mərkəzi) şərqindəki “Əs-Səxnə” şəhərinin cənub-şərqində 52 nəfəri öldürüblər.
Verilən hesabata görə, bu hücumda suriyalı vətəndaşlar İŞİD üzvlərinin birbaşa açdıqları atəşlərə məruz qalıblar. Xəbər agentliklərindən birinin dediklərinə əsasən bu hücumda 53 mülki şəxs, bir zabit və (Suriya Nazirliyinə bağlı) “Beynəlxalq Yolların Qorunması”-nın 2 üzvü ödürülüb.
Suriya rəsmi xəbər agentliyi də bu xəbəri təsdiqləyib. Palmira Milli Xəstəxanasının Baş Administrasiyasının direktoru “Vəlid Ovdeh”, açıqlamasında bildirib ki, 53 nəfərin cəsədi Palmira Xəstəxanasına köçürülüb və müəyyən olunub ki, bu insanlar baş nahiyəsinə birbaşa atılan güllə nəticəsində öldürülüblər.
O, sözlərin davamında deyib ki, bu hücumda yaralanan 5 nəfər isə Palmira xəstəxanasında müalicə olunduqdan sonra Homs xəstəxanalarına köçürülüblər.
Bu hücumdan canını sağ qurtaranlardan biri müxbirə deyib ki, İŞİD üzvləri adı çəkilən bölgədə, hətta suriyalı vətəndaşların maşınlarını da yandırıblar.