Xorasan İŞİD terrorçularının yüksək rütbəli üzvü və 2021-ci ildə Kabil hava limanında kamikadze partlayışına görə məsuliyyət daşıyan kəs, Taliban tərəfindən öldürülüb. İŞİD terror qruplaşmasına bağlı olan Xorasan qolu öz fəaliyyətlərinə 2014-cü ildən Əfqanıstanın şərqində başlayıb.
“İŞİD Xorasan” terror qruplaşmasının bir üzvünün 26 Avqust 2021-ci ildə Kabil hava limanına kamikadze hücumunda təxminən 170 nəfər, o cümlədən 13 amerikalı əsgər öldürülüb.
Bu hücum, ABŞ qüvvələrinin Əfqanıstandan çıxdığı, xaosun və Kabil Beynəlxalq Hava Limanının girişində sıxlığın olduğu bir vaxtda baş verib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji əlaqələr üzrə koordinatoru “Con Kibri” deyib ki, öldürülən şəxs, “Abbey Gate” kimi əməliyyatların hazırlanmasında birbaşa rolu olan İŞİD Xorasanının əsas üzlərindən biri olub.
O, İŞİD Xorasan üzvünün kimliyini və öldürüldüyü yeri açıqlamayıb.
İŞİD terror qruplaşmasının Xorasan qolu öz fəaliyyətlərinə 2014-cü ildən Əfqanıstanın şərqində başlayıb. Bu qrup indiyə kimi bu ölkədə şiələrə qarşı ən ölümcül hücumları öhdəsinə götürüb.