2011-ci ildə Suriyadakı iğtişaşların ilk günlərindən təkfirçi terrorçular əl-Qaidə və İŞİD kimi tanış adlarla Suriyanın suverənliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə təcavüz etmək üçün dünyanın hər yerindən Suriyaya hücum etdilər.
Bu gün illər keçdikdən sonra Amerika və sionist rejiminin həmin muzdluları xalq tərəfindən qəbul olunmadıqlarına və sanksiyalardan qorxduqlarına görə bəziləri onları “suriyalı inqilabçılar” adlandırdıqları halda yeni adlarla qayıdıblar. Amma onlar həmin təkfirçi düşüncədə və imperalizmin strateji siyasətlərinə xidmət istiqamətindədirlər.
Bu ABŞ və sionist muzdlularının əksəriyyəti ərəb dilini belə bilməyən təkfirçi terrorçulardır. Belə olduqda, onlar necə “suriyalı inqilabçılar”dırlar və necə suriyalı olurlar ki, Suriyanı tanımırlar?
Ortaya çıxan sual budur ki, əgər bəzilərinin iddia etdiyi kimi bu təkfirçi qrupun istiqaməti “İslam”dırsa, bəs nəyə görə sionist rejimin işğalçı qüvvələrinin caynağına keçən Beytul-Müqəddəsin azadlığını kənara qoyub, Suriyada bu ölkənin islami tarixini məhv etməkdədirlər? Suriya xalqını isə o məzhəb, bu məzhəb bəhanəsi ilə öldürürlər?
Xatırlatmaq lazımdır ki, təkfirçi silahlı terrorçular Suriyada “Astana” prosesində yaradılmış və əldə edilmiş gərginliyin azaldılması razılaşmalarını pozublar. Alban, özbək, ingilis və fransız dillərində danışan bəzi xarici silahlı terrorçuların videoları yayılıb və onlar Suriya hökumətini suriyalı inqilabçılar adı ilə təhdid edirlər.
Qeyd etmək lazımdır ki, Livanda müqavimət qüvvələrinin qələbəsi və sionist rejimin məğlubiyyətindən sonra təkfirçi terror qruplarının Suriyadakı yeni hərəkətləri ABŞ və qanunsuz sionist rejimin Suriya hökumətinə və region təhlükəsizliyinə qarşı yönələn planının bir hissəsi olan yeni fitnə istiqamətindədir.