Sionist rejiminin hərbi akademiyalarının keçmiş rəhbəri general-mayor İshaq Brik ötən həftə verdiyi video müsahibədə ordu komandirlərinin Qəzzə müharibəsində HƏMAS şəhidlərinin sayını şişirtdiklərini vurğulayıb.
İshaq Brik deyib ki, sionist rejiminin ordusu bir müddət əvvəl 12 min HƏMAS üzvünün şəhid olduğunu elan etdi. Bir həftə yarımdan sonra onların sayının 13 min nəfərə çatdığını açıqladı. Bu, o deməkdir ki, bir həftə ərzində 1000 nəfər öldürüblər və hər gün yüzlərlə insanın öldürülməsindən söz açırlar. Bu, statistika təqdimatında əsassız şişirtmədir.
O, əlavə edib: “Yalan danışma mədəniyyəti “İsrail” ordusunun ən yüksək səviyyələrində formalaşıb”. Bu da, ordu generallarının Knessetin Hərbi Şurasına, Xarici Əlaqələr və Təhlükəsizlik komitəsinə reallığı olmayan məlumatlar verdiklərini göstərir.
“İsrail”də ordunun “əl-Əqsa Fırtınası” kimi hücumu dəf etməyə qadir olmadığı ilə bağlı xəbərdarlıq edən ilk şəxs olan İshaq Brik bu təxminlərdə ABŞ rəsmilərinin açıqlamarı ilə razıdır. ABŞ mediasının hesabatına əsasən, “İsrail” tərəfindən göstərilmiş itki rəqəmləri şişirdilib.
HƏMAS-ın siyasi bürosunun üzvü Xəlil əl-Həyyə vurğulayıb ki, “İsrail” tərəfindən HƏMAS-a həm insan baxımından, həm də meydanda vurulan xəsarətlər 20%-dən çox deyil.