İşğal altında olan torpaqlar, sionist rejiminə etiraz edənlərlə polis qüvvələri arasındakı qarşıdurmada gərgin saatlara şahid olub.
Xarici KİV-in verdiyi məlumata görə, hər həftə keçirilən nümayişlər ilk dəfə olaraq zorakılığa çevrilib. Sionist rejimi polisi, etirazçıları dağıtmaq üçün işıq saçan qumbaralar və su maşınlarından istifadə edib. Nümayişçilər Tel-Əvivdəki şossesi bağlamışdılar.
Nümayişçiləri əzmə, sionist rejiminin radikal Daxili Təhlükəsizlik nazirinin “anarxist” adlandırdığı insanlara qarşı kəskin reaksiya verilməsini tələb etdiyindən bir az sonra başlayıb.
Bu zorakılıqlar işğal olunmuş torpaqlar boyunca minlərlə insanın “Ümummilli Qarşıdurma Günü”-nü məhkəmə qanunlarına yenidən baxılması üçün Nazirlər kabineti əleyhinə keçirdikləri zaman baş verib.
İki ay əvvəl başlayan nümayişlərin ilk aramsızlıq səhnələrində polis at üzərində Tel-Əvivin mərkəzinə gələrək işıq saçan və səs bombaları atıb, “demokratiya”, “polis kabineti” şüarları verən minlərlə etirazçıya qarşı su maşınlarından istifadə edib.
Siosial şəbəkələrdə yayılmış videoda bir polis zabitinin dizini etirazçının boğazına qoyaraq onu saxladığı görsənir.
Polis, etirazçıların onlara tərəf daş və su butulkaları atdıqlarını iddia edib. Bir neçə etirazçı, asayişi pozma ittihamı ilə həbs olunub. Sionist mediyaları azı 6 nəfərin yaralandığını bildirib.
Baş nazir Netanyahunun müttəffqiləri bu proqramın seçilməmiş hakimlərin nüfuz dairəsini azaltmaq məqsədi daşıdığnı iddia edirlər.
Amma tənqidçilər, o cümlədən nüfuzlu biznes rəhbərləri və keçmiş hərbi xidmətçilər deyirlər ki, Netanyahu, işğal atındakı torpaqları özbaşınalığa tərəf aparır və hakimləri hədəfə almaqda aşkar mənfəətlərin ziddinin ardınca gedir. Çünki, o, korrupsiyaya görə mühakimə olunur.
Bu böhran, Netanyahunun yenidən qüdrəti ələ keçirməsindən təkcə 2 ay sonra sionist rejiminə iğtişaş və qarışıqlıq gətirib, baş naziri ciddi problemlə üz-üzə qoyub.
Netanyahu və onun radikal milliyyətçi kabineti, etirazçıları anarxist adlandırıblar, amma ötən həftənin əvvəllərində Fələstin şəhərlərindən birini yandıran, İordan çayının qərb sahillərində məskunlaşan quldur köçkünləri məhkum etməyiblər.