ABŞ rəsmisinin iddia etdiyi “hökumətin vətəndaş cəmiyyəti ilə əməkdaşlığı və xidmətlərin yaxşılaşdırılması” məqsədi ilə İraq hökumətinə 73 milyon dollar köməklə bağlı açıqlamaları Bağdadda tənqid dalğası yaradıb və vurğulanıb ki, bu kömək Vaşinqtonun xeyrinə və İraqdakı dini, mənəvi və siyasi dəyərlərə qarşı yumşaq müharibə çərçivəsində fəaliyyət göstərən qrumlara verilir.
Müxbirlərdən biri verdiyi hesabatda bildirib ki, Amerika İraqın və Həşd əl-Şabinin düşərgələrinə və Silahlı Qüvvələrin qərargahlarına qarşı təcavüzü davam etdirdiyi halda və bu ölkənin suverənliyinin şəxsi toxunulmazlığını və müqəddəsliyini pozmaqla onlarla iraqlının həyatına son qoyub. ABŞ-ın Bağdaddakı səfiri vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq və xidmətlərin yaxşılaşdırılması məqsədi ilə İraq hökumətinə 73 milyon dollar kömək barədə xəbər verib.
Siyasi analitik “Hüseyn əl-Kənani” verdiyi müsahibədə deyib: Belə maddi dəstəklərin göstərilməsinin məqsədi ABŞ-la əlaqəsi olan qrumları dəstəkləməkdir. 2010-cu ildən etibarən vətəndaş cəmiyyəti institutları adlı təşkilatlar formalaşıb, lakin bu təşkilatların fəaliyyəti ABŞ hökumətinin gözləntiləri və mexanizmləri kimi olmayıb.
ABŞ hökuməti İraqla qarşılıqlı əlaqələrdə sərt güc və yumşaq müharibəni birlikdə işə salıb və yumşaq müharibə çərçivəsində İraqın mədəni, ictimai, əqidəvi və dini dəyərlərini hədəfə alıb. Bu, ABŞ-ın Bağdaddakı səfirliyinin xüsusi mexanizmlə və toplantılar, mədəni-maarif kursları bərpa etməklə izlədiyi missiyadır.
Siyasi analitik “Sabah əl-Əkili” verdiyi müsahibədə deyib: Amerika yalnız öz mənfəətini düşünür və bu istiqamətdə homoseksualların himayəsi üçün proqramlar hazırlayır.
ABŞ İraqdakı yumşaq müharibə çərçivəsində qərb mədəniyyətini vətəndaş cəmiyyəti institutları yaratmaqla və sözdə qadınların və homoseksualların azadlığı adı ilə yayıb. Təbii ki, ABŞ-ın bu mədəni hücumuna gənc nəsil tuş gəlir ki, bununla da Vaşinqton uzun müddətli hədəflərinə çatsın, yəni mədəniyyətdə və bəlkədə İraq siyasətində dəyişiklik və manipulyasiya yaratsın.
Siyasi analitik “Məhdi əl-Kəbi” də ABŞ-ın və bu ölkənin səfirliyinin İraqın işlərinə müdaxilələrinin tamamilə açıq-aşkar olduğunu vurğulayıb.
ABŞ-ın İraqa bu maliyyə təşviqinin elanı ABŞ səfirliyinə olan hücumun 4-cü il dönümü ilə eyni zamanda olub və bu zaman İraq xalqı ABŞ-ın ölkələrinə qarşı dağıdıcı siyasətlərinə qarşı olduqlarını bildiriblər.
ABŞ-ın İraqdakı 20 illik strateji məğlubiyyətindən sonra Vaşinqton yumşaq müharibə vasitələrindən istifadə etməklə bu uğursuzluğun əvəzini çıxmağa çalışır. Bu, sosial və dini dəyərlərin və normaların hakim olduğu bir ölkədə olduqca çətin bir missiyadır.