Ərəb mənbələri cümə axşamı səhər saatlarında İsrail rejiminin İranla atəşkəs əldə etməsindən sonra hərbi texnika daşıyan 17 böyük Qərb nəqliyyat təyyarəsinin işğal olunmuş Fələstinə gəldiyini açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata əsasən, ərəb mənbələri cümə axşamı səhər xəbər veriblər ki, Qərb İran İslam Respublikası ilə atəşkəsdən sonra sionist rejimə geniş hərbi yardım edib.
İraqın mətbuat orqanlardan biri işğal altındakı Fələstinin hava məkanına daxil olan təyyarələrin xəritəsinin şəklini dərc edərək yazıb: “İndiyə qədər sionist rejimə 17 ağır hərbi-nəqliyyat təyyarəsi də daxil olmaqla, çoxlu miqdarda Qərb silahları göndərilib.”
Bu hadisələrin daha ətraflı təfərrüatları hələ dərc edilməyib.
