Hz.Xatəmul Ənbiya (s) mərkəzi qərargahının komandiri deyib: Bizdə olan məlumatlar göstərir ki, CENTCOM komandirləri, ABŞ ordusunun quru və dəniz qüvvələri Tel-Əvivdəki yeraltı qərargahda sionist komandirlərinin kənarında onların məzlum Fələstin xalqına qarşı vəhşicəsinə hücumlarını yönləndirirlər.
Hz.Xatəmul Ənbiya (s) mərkəzi qərargahının komandiri general-mayor Qulam Əli Rəşid Qüdsü işğal edən rejimin müdafiəsiz Fələstin xalqına qarşı vəhşicəsinə olan təcavüzlərini və cinayətlərini qiymətləndirib təhlil edərək deyib: İslam Respublikasının silahlı qüvvələrinin məlumatları CENTCOM komandirlərinin, ABŞ ordusunun quru və dəniz qüvvələrinin Tel-Əvivdəki yeraltı qərargahda cinayətkar sionist komandirlərinin kənarında onların məzlum Fələstin xalqına qarşı vəhşicəsinə hücumlarını yönləndirdiklərini göstərir.
O, vurğulayıb: Bu iş göstərir ki, ABŞ-ın regionda müharibənin məhdudlaşdırılması iddiası ilə həyata keçirdiyi hərəkətlərin, minlərlə dağıdıcı bomba və raketlərin işğal olunmuş Fələstinə göndərilməsi, sahə rəhbərliyi və dəstəyi ilə uyğunluğu yoxdur. Bu, təkəbbürlü Amerika hökumətinin ikiüzlülüyünün göstəricisidir.
Rəşid sonda deyib: Böyük Allahın köməyi ilə HƏMAS və İslami Cihad-ın cəsur və bacarıqlı döyüşçüləri və komandirlərinin kənarında Fələstin xalqının müqaviməti və dözümlülüyü sionist rejiminə və ABŞ-a məğlubiyyətdən başqa bir şey gətirməyəcək.