“İmam Zamanın (ə.c) gizli əsgərləri” tərəfindən Mossad casusluq təşkilatının 4 qrupu aşkar edilərək həbs olunub.
İran Təhlükəsizlik Nazirliyinin bəyanatında deyilir: “İmam Zamanın (ə.c) gizli əsgərləri”-nin peşəkar, yorulmaz səyləri nəticəsində Mossad casusluq təşkilatının 4 qrupu müəyyən edilib və onların bütün üzvləri həbs olunublar.
Saxta və cinayətkar sionist rejimi ötən həftələrdə İranın bir neçə şəhərində baş vermiş iğtişaşlardan sui-istifadə edərək əməliyyat qrupları vasitəsi ilə bir neçə mürəkkəb terror əməliyyatı həyata keçirmək niyyətində olub. Amma bütün teroristlər hər hansı bir addım atmamışdan əvvəl həbs olunublar.
Həmçinin, Mossadın Avropa ölkələrindən birindəki rəhbərindən ip ucları əldə edilib. Tədqiqatlar bitdikdən sonra nəticələr elan olunacaq.