Amerikalı jurnalist işğal olunmuş ərazilərdə İran raketlərinin dəydiyi yerlərin şəklini çəkdiyinə görə sionist ordusu tərəfindən həbs olunaraq məhkəməyə verilib.
İşğalçı İsrail ordusu müstəqil jurnalist kimi fəaliyyət göstərən 28 yaşlı ABŞ vətəndaşı “Ceremi Loffrado”nu İran raketlərinin terrorçu İsrail rejiminin bazalarını vurduğu yerlərin fotoşəklini çəkdiyinə və reportaj hazırladığına görə, müharibə zamanı düşmənin köməyi ilə ağır cinayətlər törətməkdə ittiham edərək, həbs edib.
Sionist tv kanallarından biri bu vətəndaşın çərşənbə günü axşam şübhəli bilindikdən sonra həbs olunduğunu bildirib. Həmçinin bildirilib ki, amerikalı jurnalistin həbsi onun İran raketlərinin dəydiyi yerlərin, o cümlədən işğal altındakı ərazilərin mərkəzindəki həssas təhlükəsizlik mərkəzinin fotoşəklini çəkdiyinə görə baş tutub.
Qeyd etmək lazımdır ki, müttəhim üçün keçirilən məhkəmə iclasında onun işğal altındakı ərazilərdən deportasiya edilərək ABŞ-a qaytarılması təklif olunub. Amma sionist rejiminin məhkəməsi onun saxlanılma müddətini uzadıb.