Nasir Kənani deyib: Bir qrup radikal şəxslər tərəfindən Mübarək Ramazan ayında-Quranın nazil olduğu ay-baş vermiş bu təhqiredici hərəkət, səmavi, nurlu İslam dininə və bütün dünya müsəlmanlarına qarşı təhqir hesab olunur.
O, deyib: Cümə günündə və dünya azadələrinin hamılıqla şərafətli Qüdsün cinayətkar və fitnəkar sionist rejiminin pəncəsindən azad olunmasını tələb etdikləri bir vaxtda belə təhrikedici hərəkət, Qərbdə söz azadlığın deyilən iddianı nümayiş etdirmək üçün ən gülünc yoldur.
O, həmçninin, deyib ki, müsəlmanların müqəddəslərini sərbəst şəkildə təhqir etmək, radikallığın və təkfirçi ekstremizmin digər tərəfidir. Eyni dərəcədə pislənilir və qlobal çəkindirici reaksiyaya layiqdir.
Kənani Danimarka hökumətindən bucür mənfur əməllərin qarşısının alınması üçün ciddi addımlar və tədbirlər görməsini istəyib.