İngiltərə parlamentinin 180-a yaxın nümayəndəsi siyasi fəaliyyətləri dövründə sionist lobbisindən yaxud işğalçı rejimi dəstəkləyən iş adamlarından maliyyə yardımı alıb.
İngiltərə saytlarından biri Mühafizəkarlar partiyasının 130, İşçi partiyasının 41 və Liberal Demokratların 3 nümayəndəsi də daxil olmaqla sionist lobbisindən yaxud işğalçı rejimi dəstəkləyən iş adamlarından maliyyə yardımı alan parlament nümayəndələrindən ibarət tam siyahı dərc edib.
İngiltərə parlamentinin bəzi nümayəndələri sionist lobbi qruplarından maliyyə yardımı almaqdan əlavə, sionist lobbi təşkilatları ilə əlaqəsi olan şəxslərin maliyyə yardımı qəbul ediblər.
Ən görkəmli yardımçılardan biri sionist lobbisinin keçmiş üzlərindən olan “Trevor Çen” dir. O, “Keir Starmer”in ofisinin 8 üzvünə, o cümlədən Keir Starmerin müavini Angela Rainerə, kölgə hökumətinin maliyyə naziri Reyçel Rivə, kölgə hökumətinin xarici işlər naziri David Lammiyə və səhiyyə naziri Ues Stritinqə pul verib.
Çen İşçi partiyasının rəhbəri Keir Starmerin seçki kampaniyasını maliyyələşdirmək üçün 50000 funt sterlinq ödəyib.
Digər bir saytın hesabatına əsasən, maliyyə yardımı edənlərdən biri də İşçi partiyasının böyük yardımçısı sionist tacir “Qari Lobner”dir. Onun şirkəti Cənubi Afrikada aparteid sistemindən çoxlu gəlir əldə edib.
Lobner ötən il İşçi partiyasına 4.5 milyon funt sterlinq, həmçinin kölgə hökumətinin xarici işlər naziri David Lamminin, maliyyə naziri Reyçel Rivin, kölgə hökumətinin daxili işlər naziri Yvette Cooperin və İşçi partiyasının yeni nümayəndəsi Keir Starmerin ofislərinə 350000 funt sterlinq bağışlayıb.
İşçi partiyasının nümayəndələrinə digər yardım göstərənlərdən İngiltərə-İsrail Araşdırma və Kommunikasiya Mərkəzinin keçmiş rəhbəri “Daviv Minton”a və İşçi partiyasında işğalçı rejimin dostu olan işçi qruplarının keçmiş rəhbəri “Conatan Mendelson”a məxsus özəl şirkət Reid Capitala işarə etmək olar.
Treves Pirs, Maykl Luis və Lord Calmes digər maliyyə yardımı edənlərdən olublar. Onların hamısı işğalçı rejimin mühafizəkar dostlar qrupunun üzvləridir və mühafizəkar nümayəndələrin maliyyə cəhətdən təmin olunmalarında iştirak ediblər.