İngiltərənin keçmiş baş naziri verdiyi açıqlamasında sionist həmkarının casusluq məqsədi ilə dinləmə cihazından istifadə etdiyi barədə məlumat verib.
İngiltərənin keçmiş baş naziri “Boris Conson” son günlərdə öz kitabında yazıb: “Netanayhunun İngiltərəyə səfərindən sonra təhlükəsizlik komandam mənim şəxsi vanna otağımda dinləmə cihazı tapdılar.”
“Paltico” nəşrinin məlumatına görə, Conson Oktyabrın 10-da çap olunacaq “Sərbəst buraxılmış” (Unleashed) adlı xatirələr kitabında bu hadisənin təfərrüatlarını bəyan edib.
O, İngiltərə nəşrlərindən birinə verdiyi müsahibəsində deyib: “Bibi (Netanyahunun ləqəbi) bir müddət mənim ofisimdə olub, bu hadisə təsadüfi ola bilər, amma onun səfəri başa çatdıqdan sonra mənim təhlükəsizlik komandamın üzvləri vanna otağında dinləmə cihazı tapdılar.”
Sionist rejiminin səfirliyi açıqlama verməsi üçün “Paltico”nun müraciətinə indiyə qədər cavab verməyib.
Paltico 2019-cu ildə də hesabat verərək bildirmişdi ki, ABŞ Administrasiyasının verdiyi məlumata əsasən, sionsit rejimi Ağ Evin yaxınlığında və ABŞ-ın digər həssas yerləri və mərkəzlərində dinləmə cihaz yerləşdirmək üzərində işləyir.
Consonun xatirələr kitabı Londonda çap olunmamışdan əvvəl bir çoxlarının diqqətini özünə cəlb edib.