İngiltərəli jurnalist Riçard Medhurst Tehranda keçirilən “xidmət şəhidləri”nin anım mərasimində insanların geniş və coşğulu iştirakını Qərb medialarının İranın sevimli prezidenti barəsindəki yalanlarının üzərinə bir xətt adlandırıb.
Xarici KİV-in verdiyi məlumata görə, “Qərb medialarının Rəisinin İranda sevilməməsi barəsindəki dedikləri yalandır. Onun ölümü bütün dünya üçün bir itkidir.”-bu, Tehranda “xidmət şəhidləri”nin anım mərasimində iştirak edəningiltərəli jurnalist Riçard Medhurstun açıqlamalarıdır.
O, insanların geniş həcmli iştirakı ilə bağlı görüntülər yaymaqla və xarici ölkələrin rəsmi şəxslərinin Tehrandakı mərasimdə iştiraklarına işarə etməklə, müşahidə etdikləri barədə X sosial şəbəkəsində yazıb: “Prezident Rəisinin Tehranda son mənzilə salınma mərasimində iştirak edirəm. Küçələrdə milyonlarla insan var.”

Tehranın milyonlarla qədirbilən əhalisi mərasimin rəsmi şəkildə başlanması elan olunmamışdan bir neçə saat əvvəl xidmət şəhidi Ayətullah Seyid İbrahim Rəisinin və onunla birgə şəhid olanların pak cənazələri ilə vidalaşmaq üçün Tehran Universitetinin ətrafına gəlmişdi.
İnsanların coşğulu iştirakı dünya medialarında da öz əksini tapıb. Fransa xəbər agentliyi bildirib ki, İran xalqı çərşənbə günü prezidentlərinin şəkillərini əldə tutaraq onun və onunla birgə olan heyətin son mənzilə salınma mərasiminə qoşulmaq üçün Tehran küçələrinə gəliblər.
Rusiya xəbər agentliyi kimi digər medialar da bu mərasimi işiqlandırıblar.