Xarici KİV-in verdiyi məlumata görə, İngiltərə qəzeti son günlərdə iddia etmişdir ki, İslam İnqilabı Keşikçilər Korpusunun Qüds Qüvvələri komandiri general “İsmail Qaani”, Bağdada etdiyi səfər zamanı, separatçı teroristlərin İranın daxilinə nüfuz etmələrinin qarşısı alınmayacağı təqdirdə Tehranın İraqın şimalında quru əməliyyatlarına başlayacağı barədə təhdidlər edib.
Livanlı bir mənbə bildirib ki, bu iddialar qəti şəkildə düzgün deyil və general İsmail Qaani İraq rəsmiləri ilə görüşü zamanı belə açıqlamalar verməyib.
Bu mənbə vurğulayıb ki, Keşikçilər Korpusunun Qüds Qüvvələri komandiri İraqın şimalına quru yaxud başqa yolla hücum təhdidi etməyib.